Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda XVIII əsr Azərbaycan alimi Mirzə Mehdi Xanın “Tarixi-Nadir” əsəri fars dilindən Azərbaycan dilinə tərcümə edilərək çapa hazırlanır. Əsəri dilimizə tarix üzrə fəlsəfə doktoru Rəna Məmmədova çevirib.Əlyazmalar İnstitutu direktorunun elmi işlər üzrə müavini, filologiya elmləri doktoru Paşa Kərimov tehsil-press.az-a bildirib ki, nəşrdə Nadir şahın müasiri və saray tarixçisi olmuş Mirzə Mehdi Xanın görkəmli hökmdar və sərkərdənin həyat və fəaliyyəti barədə maraqlı məlumatları əksini tapıb.
Təhsil-press.az














