Azərbaycan Ukraynanın “Antonov” şirkətinin istehsalı olan AN-178 təyyarələrini alacaq.
Təhsil-press.az-ın məlumatına görə, bu barədə Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev bildirib.
Səfirin sözlərinə görə, iki ədəd AN-178 təyyarəsi yaxın zamanlarda Bakıya göndəriləcək.
A.Xudiyev bildirib ki, Azərbaycanla Ukrayna arasında 10 ədəd AN-178 təyyarəsinin satışı ilə bağlı müqavilə imzalanıb: "Qalan 8 təyyarə isə razılaşma əsasında Azərbaycana tədarük olunacaq".
Diplomat qeyd edib ki, Azərbaycan və Ukrayna arasında birgə istehsalat barədə razılaşma da mövcuddur.
Təhsil-press.az