Ukrayna Azərbaycana sağlamlıq imkanları məhdud olan insanları və müharibə veteranları üçün Truskavets şəhərinə sağlamlıq turları təşkil etməyi təklif edir.
Tehsil-press.az-n məlumatına görə, bunu Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko Bakıda "Ukraynanı kəşf et" turizm forumunda deyib.
Onun sözlərinə görə, müvafiq danışıqlar Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə aparılır.
Səfir qeyd edib ki, Ukrayna Azərbaycanla təhsil sahəsində də fəal əməkdaşlıq edir: "Ukraynada təxminən altı min azərbaycanlı tələbə təhsil alır. Həmçinin biz tələbələrimizin sizin ölkənizdə enerji sahəsində təhsil ala və dissertasiya müdafiə edə bilmələri üçün Azərbaycanla əməkdaşlığa başlayırıq".
Tehsil-press.az