VƏTƏNPƏRVƏTLİYİN TƏBLİĞİNDƏ APREL DÖYÜŞLƏRİ ADLI TƏDBİR

VƏTƏNPƏRVƏTLİYİN TƏBLİĞİNDƏ APREL DÖYÜŞLƏRİ ADLI TƏDBİR 14 aprel 2017-ci il tarixində “Əsgər Ailələrinə Dəstək” İctimai Birliyi "Vətənpərvərliyin təbliğində aprel döyüşləri" adlı layihəsi çərçivəsində Anadolu Dövlət Universiteti “Azərbaycan Proqramlar”ının tələbələri ilə tədbir keçirilmişdir.
Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir.
Tədbirdə Anadolu Universiteti “Azərbaycan Proqramları” koordinatoru Azər Hətəmov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi Rayon İdarəsinin rəisi Novruz Rəhimov, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının nümayəndəsi Gülsəba Ələsgərova, Qarabağ müharibəsi veteranı Sahil Həsənov, aprel döyüşlərinin iştirakçıları Kamil Musəvi, Natiq Mehdiyev, aprel döyüşlərində qəhrəmancasına şəhid olan Əlzaman İslamovun anası Hürnisə Kərimova, Əbdülməcid Axundovun anası Ceyran Həsənova, Şulan Bayramovun anası Türkan Bayramova, Mahir Mirzəyevin atası Sabir Mirzəyev, Emin Bağırovun atası İmran Bağırov, Fəxrəddin Qurbanovun atası Seyfəddin Qurbanov, şəhid bacısı Sədaqət Fərzəliyeva QHT sədri Bəsti Nəsibova, Büllur Cavadqızı, tələbələr və mətbuat nümayəndələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Anadolu Dövlət Universitetinin “Azərbaycan Proqramları” koordinatoru Azər Hətəmov çıxışı zamanı tədbirin əhəmiyyətindən danışaraq, onun məhz Anadolu Universitetində keçirilməsindən, tələbələrin yaddaşında uzun müddət qalacağından bəhs etmiş, həmçinin Azərbaycan Respublikasınının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına da öz minnətdarlığını bildirmişdir ki, vətənpərvərliyin gücləndirilməsi üçün belə layihələri maliyyələşdirir.
Daha sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi və İctimai Birliyin sədri Mətanət Əsgərqızı məlumat verdi ki, layihənin əsas məqsədi Aprel döyüşlərində həlak olmuş Bakı, Mingəçevir, Tərtər və Şəmkirdən olan şəhid ailələrinin problemlərinin həllinə kömək etmək, onların mübarizə yolunun gənclərə bir nümunə olduğunu göstərməkdir.
Sonra aprel şəhidlərinə həsr olunmuş Azərbaycanın şanlı hərb tarixindən bəhs edən filmlər nümayiş olundu. Filmdə bəhs edilən həyat yolu və qəhrəmanlığı gənclərimizə böyük ruh yüksəkliyi və vətənpərvərlik hissləri aşılayacaqdır.
Tədbirdə Anadolu Universiteti tələbləri Türkanə Babazadə, Mirmövlud Təhməzli, Nihad Əliyev, Sona Salmanlı çıxış etmişdilər.
Sonra İctimai Birliyin sədri Mətanət Əsgərqızı, Anadolu Dövlət Universitetinin Azərbaycan üzrə koordinatoru Azər Hətəmova layihənin icrasına dəstək olduğuna görə öz minnətdarlığını bildirdi.
Sonda şəhid ailələri ilə birlikdə dəyirmi masada çay süfrəsi arxasında səmimi söhbət eədərək tədbir davam etmişdir.




VƏTƏNPƏRVƏTLİYİN TƏBLİĞİNDƏ APREL DÖYÜŞLƏRİ ADLI TƏDBİRVƏTƏNPƏRVƏTLİYİN TƏBLİĞİNDƏ APREL DÖYÜŞLƏRİ ADLI TƏDBİRVƏTƏNPƏRVƏTLİYİN TƏBLİĞİNDƏ APREL DÖYÜŞLƏRİ ADLI TƏDBİRVƏTƏNPƏRVƏTLİYİN TƏBLİĞİNDƏ APREL DÖYÜŞLƏRİ ADLI TƏDBİRVƏTƏNPƏRVƏTLİYİN TƏBLİĞİNDƏ APREL DÖYÜŞLƏRİ ADLI TƏDBİRVƏTƏNPƏRVƏTLİYİN TƏBLİĞİNDƏ APREL DÖYÜŞLƏRİ ADLI TƏDBİRVƏTƏNPƏRVƏTLİYİN TƏBLİĞİNDƏ APREL DÖYÜŞLƏRİ ADLI TƏDBİRVƏTƏNPƏRVƏTLİYİN TƏBLİĞİNDƏ APREL DÖYÜŞLƏRİ ADLI TƏDBİRVƏTƏNPƏRVƏTLİYİN TƏBLİĞİNDƏ APREL DÖYÜŞLƏRİ ADLI TƏDBİRVƏTƏNPƏRVƏTLİYİN TƏBLİĞİNDƏ APREL DÖYÜŞLƏRİ ADLI TƏDBİRVƏTƏNPƏRVƏTLİYİN TƏBLİĞİNDƏ APREL DÖYÜŞLƏRİ ADLI TƏDBİRVƏTƏNPƏRVƏTLİYİN TƏBLİĞİNDƏ APREL DÖYÜŞLƏRİ ADLI TƏDBİRVƏTƏNPƏRVƏTLİYİN TƏBLİĞİNDƏ APREL DÖYÜŞLƏRİ ADLI TƏDBİRVƏTƏNPƏRVƏTLİYİN TƏBLİĞİNDƏ APREL DÖYÜŞLƏRİ ADLI TƏDBİR

Oxşar xəbərlər