“Xınalıq” Turizmin İnkişafına Dəstək İctimai Birliyi “Dini radikalizmlə mübarizənin səmərəliliyinin artırılması məqsədilə maarifləndirmə tədbirlərinin keçirilməsi” layihəsinin icrasını davam etdirir.
İctimai Birlikdən tehsil-press.az-a bildiriblər ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşdırılan layihə çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında növbəti tədbir keçirilib.
Tədbirdə layihə rəhbəri Y.Abayev bildirib ki, layihənin məqsədi yeniyetmə və gənclər, həmçinin region əhalisi arasında dini maarifləndirmənin artırılmasına, gənclərin radikalizmdən uzaqlaşdırılmasına nail olmaqdır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin nümayəndəsi E.Ağasıyev layihə çərçivəsində keçirilən tədbirlərin əhəmiyyətindən bəhs edib, gənclərə tövsiyələrini verib.
Sonra mövzu ilə bağlı slayd nümayiş etdirilib.
Tehsil-press.az