Bakıda gəlinlik paltarı tikdirmək neçəyə başa gəlir? – VİDEO

Bakıda gəlinlik paltarı tikdirmək neçəyə başa gəlir? – VİDEO Gözəl gəlinlik paltarı hər gənc qızın arzusudur. Bəziləri yadigar qalması üçün onu kirayələməyə deyil, almağa üstünlük verir.
Gəlinliklərin satış qiyməti baha olduğuna görə, onu əsasən, kirayə götürürlər. Bir məsələ də var ki, tikilmə gəlinlik sizi bir çox problemlərdən azad edə bilər.
Ancaq əslində gəlinliyin tikilməsi düşünüldüyü qədər də baha başa gəlmir. Modelin və parçanın seçilməsi vaxt apardığından gəlinlik tikdirmək istəyən xanım vaxt amilini nəzərə almalıdır.
Nişan və qız toyu üçün də libas tikdirənlər var. 10 ildir dərzilik edən Nailə Əhmədovanın sözlərinə görə, 2 aydan bir gəlinlik üçün müraciət edənlər olur.
Modelin seçilməsi şəxsin ixtiyarına verilsə də, parça və aksessuar dərzi məsləhəti ilə seçilir.



Təhsil-press.az

Oxşar xəbərlər