Nikki Heyli: BMT həddən artıq pul xərcləyir və ABŞ üçün baha başa gəlir

Nikki Heyli: BMT həddən artıq pul xərcləyir və ABŞ üçün baha başa gəlir BMT həddən artıq pul xərcləyir və ABŞ üçün baha başa gəlir.

Təhsil-press.az-ın verdiyi məlumata görə, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli deyib.
Heyli bildirib ki, o, artıq Təhlükəsizlik Şurasının üzvləri və baş katibi Antoniu Quterriş ilə BMT-nin sülhməramlı fəaliyyətinin islahatı və idarəetmə strukturları üzrə işə başlayıb.
Onun sözlərinə görə, o, ABŞ Konqresinin üzvləri ilə ölkənin maraqlarının BMT-də irəliləməsinə kömək edəcək ölkə büdcəsinin layihəsi üzərində işləyəcək.
Qeyd edək ki, Ağ Ev artıq BMT-nin maliyyələşməsinin azaldılmasını nəzərdə tutan ABŞ büdcəsinin layihəsini dərc edib.

Təhsil-press.az

Oxşar xəbərlər