Son illər Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Hüquq və İnsan Haqları İnstitutunda (HİHİ) tədqiqat işləri Prezident İlham Əliyevin 2011-ci il 27 dekabr tarixli “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında” Sərəncamının icrası üzrə aparılır. İnstitutun elmi işçisi Faiq İsmayılovun “Azərbaycanın işğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələrinə vurulmuş zərər” kitabı buna sübutdur.
Kitab Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında tarixi həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq məqsədilə Azərbaycan və ingilis dillərində çapdan çıxıb. Nəşrdə “Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı” İctimai Birliyinin arxiv materiallarından istifadə olunub. Kitabda əsasən münaqişə nəticəsində erməni işğalı altında qalan Azərbaycan ərazilərindəki tarix və mədəniyyət abidələrinin ermənilər tərəfindən vandalizmə məruz qalmasının səbəblərinin indiyədək beynəlxalq elmi ictimaiyyətə məlum olmayan tərəfləri araşdırılıb.
Tehsil-press.az