İşğal olunmuş ərazilərdə tarixi abidələrin dağıdılması və adlarının saxtalaşdırılması yolverilməzdir

İşğal olunmuş ərazilərdə tarixi abidələrin dağıdılması və adlarının saxtalaşdırılması yolverilməzdir Tbilisidə Abxaziyanın mühacirətdə olan Ali Məclisinin sədr müavini, tarixçi alim Cemal Qamaxaria və tarixçi alim, türkoloq Lia Axaladzenin birgə müəllifi olduqları və türk dilinə tərcümə edilmiş “Abxaziya/Gürcüstan: tarix, siyasət, mədəniyyət” kitabının təqdimatı olub.
Təqdimat mərasimində Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Rəhim Rəhimzadə, deputatlar, tarixçi alimlər, elm, mədəniyyət, incəsənət xadimləri, diplomatik korpusun nümayəndələri iştirak ediblər.
Legitim Abxaziya Parlamentinin deputatı Teymuraz Mjaviya çıxış edərək Cənubi Qafqazda baş verən proseslərdən, işğal olunmuş ərazilərdən danışıb, bu baxımdan kitabın əhəmiyyətini xüsusi qeyd edib.
Türkiyəli tarixçi alim Ərdoğan Altınkaya və çıxış edən digər natiqlər ötən əsrdə və müasir tariximizdə Cənubi Qafqazda baş verən münaqişələrin səbəb və nəticələrindən danışıb, Abxaziyada, Dağlıq Qarabağda, eləcə də işğal olunmuş digər ərazilərdə tarixi-mədəni abidələrin işğalçılar tərəfindən vəhşicəsinə dağıdılmasından söhbət açıblar. Qeyd olunub ki, işğal altındakı ərazilərdə tarixi abidələrin adlarının saxtalaşdırılması, özününküləşdirilməsi hallarına tez-tez rast gəlinir. Bu cür hallar yolverilməzdir.
Kitabda orta əsr Azərbaycan mütəfəkkirləri Əfzələddin Xəqani və Nizami Gəncəvinin əsərlərində hazırda işğal altındakı ərazilərdəki qədim tarixi abidələrin hansı xalqa məxsus olması barədə yazdıqlarından sitatlar gətirilir. Kitabda işğal altındakı ərazilərdə dağılmış tarixi abidələrin kimə məxsus olduğunu faktlar əsasında göstərən bir sıra maraqlı məqamlar var.
Kitab həm Azərbaycan, həm də Gürcüstan ərazilərindəki qədim abidələr barədə yeni saxta tarix yaratmaq istəyən qüvvələrə qarşı yazılan ən tutarlı tədqiqat əsəri kimi qiymətləndirilib.

İşğal olunmuş ərazilərdə tarixi abidələrin dağıdılması və adlarının saxtalaşdırılması yolverilməzdir
İşğal olunmuş ərazilərdə tarixi abidələrin dağıdılması və adlarının saxtalaşdırılması yolverilməzdir
İşğal olunmuş ərazilərdə tarixi abidələrin dağıdılması və adlarının saxtalaşdırılması yolverilməzdir

Təhsil-press.az

Oxşar xəbərlər