UNEC-də “İslam Həmrəyliyi İli” çərçivəsində islam ölkələrinin diplomatik korpuslarının nümayəndələri ilə görüşlər davam edir.
Malayziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dato Roslan Tan Sri Abdul Rahman UNEC-də olub.
Rektor, professor Ədalət Muradov qonağı Cənubi Qafqazın ən böyük iqtisadyönümlü universitetində salamlamaqdan məmnun olduğunu bildirib. 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edildiyindən bəhs edən rektor, bunun dözümlülük, sülh, tolerantlıq və dünyəviləşmə ideyalarının təbliğində dövlətin rolunu qabardan əlamətdar hadisə adlandırıb. IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakıda keçirilməsi ilə bağlı qərarın ölkəmizin islam həmrəylinin möhkəmləndirilməsi sahəsində növbəti əməli addımlar atması üçün əlverişli şərait yaratdığını qeyd edib.
Rektor səfirə UNEC-in tarixi, beynəlxalq əlaqələri, ikili diplom proqramları barədə məlumat verib.
NEC-in ölkədə dörd dildə təhsil verən və xaricdə filialı olan yeganə universitet olduğunu diqqətə çatdırıb. Qonağa İnnovativ Biznes İnkubatorunun fəaliyyəti haqqında məlumat verən rektor, uğurlu startap layihələrindən söz açıb.
Səfir Dato Roslan Tan Sri Abdul Rahman Azərbaycanın Malayziya ilə diplomatik münasibətlərinin müstəqilliyini bərpa etdikdən sonra yaratdığını diqqətə çatdıraraq, iki ölkə arasında uğurlu əməkdaşlıqdan söz açıb. Həmin vaxtdan etibarən sabit inkişaf xətti ilə tərəfdaşlıq səviyyəsinə yüksələn münasibətlərin bir çox mühüm hadisələrlə əlamətdar olduğundan bəhs edib.
Sonra diplomat UNEC tələbələri ilə görüşüb. UNEC-də olmaqdan məmnunluq duyduğunu ifadə edən səfir tələbələrə Malayziya barədə ətraflı məlumat verib. Ölkəsinin 1957-ci ildə müstəqillik qazandığını qeyd edərək, əhalisinin əksər hissəsinin müsəlmanlardan ibarət olduğunu diqqətə çatdırıb.
Malayziyanın Birləşmiş Millətlər Təşkilatının lider üzvlərindən biri olduğunu vurğulayan diplomat, ölkəsinin Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının da üzvü olduğunu bildirib. Səfir Malayziyanın coğrafiyası, iqtisadiyyatı, pul vahidi, təhlükəsizliyi, texnologiyası, təhsil sistemi, turizm imkanları və mədəniyyəti haqqında geniş təqdimatla çıxış edib.
Tələbələrin Malayziya barədə suallarını cavablandıran diplomat sonda auditoriyada müsabiqə elan edib. Təqdimatı ilə bağlı sualları cavablandıran tələbələrə hədiyyələr təqdim edib.
UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendidir. 21 yanvar 2016-cı ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən UNEC brendi qeydiyyata alınaraq, patentləşdirilib.

UNEC-in Mətbuat Xidməti