İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bəy Fanani UNEC-də olub.
UNEC-in Marketinq və Kommunikasiya Departamenti, İctimaiyyətlə Əlaqələr Şöbəsindən Trend-ə verilən məlumata görə, Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektor, dosent Şahin Bayramov 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 2017-ci il tarixli Sərəncamına diqqət çəkib.
“İslam Həmrəyliyi İli”nin elan edilməsini dözümlülük, sülh, tolerantlıq və dünyəviləşmə ideyalarının təbliğində dövlətin rolunu qabardan əlamətdar hadisə adlandırıb. IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı qərarın ölkəmizin İslam həmrəylinin möhkəmləndirilməsi sahəsində növbəti əməli addımlar atması üçün əlverişli şərait yaratdığını bildirib. Prorektor UNEC-də mütəmadi olaraq “İslam Həmrəyliyi İli”nə həsr olunan görüşlər təşkil ediləcəyini qeyd edib.
Səfir Hüsnan Bəy Fanani bildirib ki, Azərbaycan İndoneziya ilə münasibətlərini müstəqilliyini bərpa etdikdən sonra yaradıb və bu əlaqələr iqtisadiyatın bütün sahələrində, xüsusən ticarət, turizm, eyni zamanda təhsil sektorunda yüksələn xətlə davam etməkdədir. Mədəni və mental dəyərlər baxımından iki ölkənin xalqları arasında paralellər aparılmasının mümkün olduğunu bildirən səfir İndoneziyanın multikultural, plüralist ölkə olduğunu diqqətə çatdırıb. Səfir əhalisinin sayına görə ən böyük müsəlman ölkəsi olan İndoneziya haqqında tələbələrə geniş məlumat verib.
UNEC tələbələri səfirə İndoneziyanın ali təhsil sistemi, mübadilə şərtləri, müsəlman ölkəsi kimi özəllikləri və turizm imkanları ilə bağlı suallar veriblər. Sonda Hüsnan Bəy Fanani tələbələr üçün İndoneziya musiqilərini ifa edib. Görüş UNEC-in Rus İqtisadiyyat Məktəbinin “Gənc diplomatlar” klubunun təşəbbüsü ilə reallaşdırılıb.
UNEC haqqında:
UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendidir. 21 yanvar 2016-cı ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən UNEC brendi qeydiyyata alınaraq, patentləşdirilib.

UNEC-in Mətbuat Xidməti