ABŞ-ın Silikon Vadisində yerləşən “Global Catalyst Partners” (GCP) şirkətinin sədri, vençur kapitalı sərmayədarı Kamran Elahianın rəhbərlik etdiyi nümayəndə heyəti UNEC-də olub.
Rektor, professor Ədalət Muradov qonaqlara dünya səviyyəli universitetlər sırasında yer almaq niyyətində olan UNEC-də həyata keçirilən layihələr, beynəlxalq əməkdaşlıq imkanlarından danışıb. UNEC-də yaradılan İnnovativ Biznes İnkubator barədə məlumat verib.
İnnovasiyanın İKT-də tətbiqi sahəsində Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə ortaq proqram əsasında ölkəmizdə səfərdə olduğunu bildirən vençur kapitalı sərmayədarı Kamran Elahian UNEC-də yaradılan İnnovativ Biznes İnkubatorun yaradılmasını müsbət dəyərləndirib. Görüşdə beynəlxalq ekspertlərin UNEC-ə cəlb edilməsi, birgə tədbirlərin keçirilməsi, təcrübə mübadiləsinin aparılması, burada reallaşdırılan startap layihələrinin beynəlxalq çıxışlar əldə etməsi üçün dəstəyin göstərilməsi, o cümlədən tələbələrin Silikon Vadisinə turlarının təşkili barədə fikir mübadiləsi aparılıb.
UNEC tələbələri ilə görüşdə isə Kamran Elahian startapları dayanıqlı biznesə çevirməyin yollarından danışıb, investorları startaplara necə cəlb etməyin sirlərini açıqlayıb. Eyni zamanda hansı ideyaların daha uğurlu startap ola biləcəyindən və inkubator mentorlarının fəaliyyətindən söz açıb.
Görüşdə UNEC-in İnnovativ Biznes İnkubatorunda fəaliyyət göstərən tələbə-startapçılar öz layihələri barədə məlumat verib, iş prosesində qarşılaşdıqları problemləri açıqlayıblar. Sərmayədar Kamran Elahian UNEC-də reallaşdırılan startap layihələrinə dəstək göstərəcəyini ifadə edib. Startapların real şirkətlərə çevrilməsi və vençur kapitalının bu sahəyə cəlb edilməsi imkanları barədə məlumat verib.
Sonda UNEC tələbələrinin sualları cavablandırılıb.
UNEC haqqında:
UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendidir. 21 yanvar 2016-cı ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən UNEC brendi qeydiyyata alınaraq, patentləşdirilib.
UNEC-in Mətbuat Xidməti