Malayziyanın Azərbaycandakı səfiri ADU-da olub

Malayziyanın Azərbaycandakı səfiri ADU-da olub Azərbaycan Dillər Universitetində (ADU) universitetin Tələbə Gənclər Təşkilatı (TGT) nəzdində fəaliyyət göstərən Tələbə Diplomatlar Klubunun "İslam Həmrəyliyi Ayı" adı altında start verdiyi proqram-layihənin növbəti qonağı Malayziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dato Roslan Tan Sri Abdul Rahman olub.
Qonağı salamlayan ADU-nun rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev onu universitetdə görməkdən məmnun olduğunu bildirib. Qonağa universitetin tarixi, beynəlxalq əlaqələri, tədris prosesi haqqında məlumat verən professor ADU-nun nüfuzlu ali təhsil müəssisələrindən biri olduğunu vurğulayıb. O, ADU-nun beynəlxalq əlaqələrindən söz açaraq universitetin bir çox reytinqli ali təhsil müəssisələri ilə əməkdaşlıq etdiyini deyib. Universitetdə fəaliyyət göstərən dil və mədəniyyət mərkəzlərindən danışan Ə.Abdullayev onların fəaliyyətini yüksək qiymətləndirib. Professor ADU-da beynəlxalq tədbirlərlə yanaşı, milli adət-ənənələrimizlə bağlı müxtəlif tədbirlərin keçirildiyini qonağın diqqətinə çatdırıb. O, Azərbaycan və Malayziya arasında iqtisadi, mədəni, o cümlədən təhsil sahəsində əməkdaşlığın vacibliyini vurğulayıb.
Sonra səfirə universitet adından təşəkkür məktubu təqdim olunub.
Səmimi qəbula görə təşəkkür edən səfir universitetdə olmaqdan məmnunluğunu ifadə edib. Azərbaycan Dillər Universitetinə ilk dəfə gəldiyini söyləyən diplomat Malayziya universitetləri ilə ADU arasında təhsil sahəsində əməkdaşlığın mühüm əhəmiyyətindən danışıb.
Daha sonra səfir ADU tələbələri ilə görüşüb. İştirakçıları salamlayan səfir onlara “Malayziyanın xarici siyasətinə baxış və onun İslam Konfransı Təşkilatında rolu” (İKT) mövzusunda mühazirə oxuyub. Çıxışında səfir Malayziyanın 1957-ci ildə müstəqillik qazandığını qeyd edib. O, Malayziya əhalisinin əksər hissəsinin müsəlmanlardan ibarət olduğunu söyləyib və ölkənin İKT-də rolundan danışıb. Səfir Malayziya dövlətinin İKT-nin inkişafı üçün bir sıra sosial və siyasi addımlar atdığını qeyd edib. Diplomat Malayziyanın Birləşmiş Millətlər Təşkilatının lider üzvlərindən biri olduğunu vurğulayıb. O, ölkəsinin bundan başqa Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının da üzvü olduğunu bildirib.
Səfir həmçinin, tələbələrə Malayziyanın iqtisadiyyatı, mədəniyyəti, təhlükəsizliyi, texnologiyası, təhsil sistemi haqqında ətraflı məlumat verib.
Sonda səfir tələbələri maraqlandıran sualları cavablandırıb.

ADU-nun Mətbuat Xidməti


Malayziyanın Azərbaycandakı səfiri ADU-da olub

Malayziyanın Azərbaycandakı səfiri ADU-da olub

Malayziyanın Azərbaycandakı səfiri ADU-da olub

Malayziyanın Azərbaycandakı səfiri ADU-da olub

Malayziyanın Azərbaycandakı səfiri ADU-da olub

Oxşar xəbərlər