Polşalı mer UNEC-də olub

Polşalı mer UNEC-də olub Bakıda səfərdə olan Polşa Respublikası Varşava şəhəri Praqa Poludni (Cənubi Praqa) rayonunun meri Burmistri Tomaş Kuxarskinin rəhbərlik etdiyi nümayəndə heyəti UNEC-də olub.
Qonaqlar UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbi, SABAH qrupları, UNEC Biznes Məktəbi, İnnovativ Biznes İnkubatoru, kitabxana, Radio UNEC və UNEC-in şəhid məzun və tələbələrinin xatirəsinə ucaldılan Memorial Abidə ilə tanış olublar. UNEC-in rektoru, professor Ədalət Muradov qonaqlara Cənubi Qafqazın ən böyük iqtisadyünümlü universiteti barədə ətraflı məlumat verib. İqtisad Universitetinin beynəlxalq əlaqələrindən söz açaraq, UNEC-in Polşa universitetləri ilə əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb.
Qonaqlar Azərbaycanda ali təhsil sahəsində həyata keçirilən layihələri yüksək qiymətləndirərək, burada olmaqdan məmnun qaldıqlarını bildiriblər. Bu ölkə ilə, xüsusi ilə UNEC-lə təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsinə önəm verdiklərini vurğulayıblar.
UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendidir. 21 yanvar 2016-cı ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən UNEC brendi qeydiyyata alınaraq, patentləşdirilib.

UNEC-in Mətbuat Xidməti


Polşalı mer UNEC-də olubPolşalı mer UNEC-də olubPolşalı mer UNEC-də olubPolşalı mer UNEC-də olub

Oxşar xəbərlər