Azərbaycanda şəxsi evlərin turistlərə kirayə verilməsi halları artıb.
Bunu təhsil-press.az-a Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov bildirib.
Onun sözlərinə görə, belə hallar həm Bakının mərkəzində, həm də Bakıdan kənar ərazilərdə müşahidə edilir.
Azərbaycanda hotellərin sayının az olduğunu deyən M.Ağakərimov qeyd edib ki, ölkədə yeni hotellər inşa edilməlidir.
AzTA rəsmisi qeyd edib ki, hotellərin inşası üçün stimullaşdırıcı tədbirlər həyata keçirilməlidir: “Azərbaycana gələn turistlərin sayı getdikcə artır. Ona görə də hotellərə tələbat var”.
M.Ağakərimovun sözlərinə görə, hazırda Azərbaycanda 535 hotel fəaliyyət göstərir. Həmin hotellərin 146-sı Bakı və Abşeron yarımadasında yerləşir.
Təhsil-press.az