TAPDIQ ƏLİBƏYLİ PREZİDENT TƏQAÜDÜNƏ LAYİQ GÖRÜLÜB

TAPDIQ  ƏLİBƏYLİ  PREZİDENT  TƏQAÜDÜNƏ  LAYİQ  GÖRÜLÜB Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin, Azərbaycan Ağsaqqallar Şurasının üzvü, “Heyrət” Ədəbi Birliyinin qurucusu və rəhbəri, “Konstitusiya” ictimai -siyasi, hüquq qəzetinin, “Heyrət” ədəbi-bədii, elmi-publisistik dərginin təsisçisi və Baş redaktoru, Fəxri Doktor, “Qızıl qələm” media mükafatı laureatı, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xid­məti “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin “Fəxri diplom” və “Həbi Vətənpərvərlik-80” yubiley medalı mükafatçısı şair-publisist Əlibəyli Tapdıq Abış oğlu Prezident Təqaüdünə layiq görülüb.
Tapdıq Əlibəyli 1961-ci ilin iyul ayının 1-də Yardımlı rayonunun Bürzünbül kəndində anadan olub. Hamarkənd kənd orta məktəbini tərifnamə ilə bitirərək Azərbaycan Dövlət Pedaqoji Universiteti və Bakı Dövlət Universitetində ali təhsil almışdır. Ədəbi yaradıcılığa erkən yaşlarından başlayıb.“Haqqa dayaq doğulmuşuq”, “Torpağın səsi”, “Ovqatımın aynası”, “Yol gedənindir”, “İman qaynağı”, “Fəzilət yolu”, “Söz dərgahına merac”, “Nisgil odu”, “General ucalığı”, “Zirvə işığında, dağlar qoynunda”, “Soyqırım”, Nahaq qan yerdə qalmaz”, “Zaman kecər, söz qalar”, “Zirvələr səhər nurunda”, “Könül ziyarəti”, “Poetik buta”, “Məslək”, “Ziyalı ömrü” və “Sözün dan yeri” şeir və publisistik kitabları nəşr olunmuşdur.
Dövlət mustəqiılliyimizin bərpa edilməsinin iyirmi illiyinə ithaf olunmuş “Azərbaycan” adlı diski (şeirləri səsləndirib: müəllif) kütləvi tirajla işıq üzü görmüşdür. Müəllifi olduğu “Qanına qəltan Xocalı” poemasına qısametrajlı film çəkilmişdir.
Tapdıq Əlibəylini həmkarları və dostları adından Prezident Təqaüdü alması münasibəti ilə təbrik edir və ona şəxsi həyatında, yaradıcılıq sahəsində daha böyük uğurlar diləyirik!

TƏHSİL-PRESS.AZ
İNFORMASİYA AGENTLİYİ

Oxşar xəbərlər