Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) "Yeni tatar şeir antologiyası" adlı yeni nəşri işıq üzü görüb.
DGTYB tərəfindən nəşrə hazırlanan, "YENİ TATAR ŞEİRİ ANTOLOGİYASI" ("YAÑA TATAR ŞİĞERE ANTOLOGİYӘSE" - "ЯҢА ТАТАР ШИГЫРЕ АНТОЛОГИЯСЕ"; Bakı, "Hədəf" Nəşrlər Evi, 232 səhifə) adlanan yeni nəfis kitab, tatar xalqının görkəmli oğlu, tatar ədəbiyyatının tanınmış nümayəndəsi, şair, publisist, tatar ədəbiyyatında tənqidi realizmin yaradıcısı, 27 yaşında bu dünyaya vida etmiş Abdulla Tukayın (Ğabdulla Tuqay; 1886-1913) 130 illik yubileyinə ad edilib.
Nəşrin məsləhətçiləri millət vəkili prof.dr. Nizami Cəfərov, Tatarıstan Respublikasının Əməkdar İncəsənət Xadimi, Tatarıstan Yazıçılar Birliyinin başqanı Rafis QURBAN, Tatarıs¬tan¬da yaşayan soydaşımız, tanınmış vəkil İsmət Orucəliyevdir.
Yeni antologiyanın tərtibçisi (ümumi redaktə işinə və nəşrə məsul) şair-publisist Əkbər Qoşalı, koordinatoru Tatarıstan Yazıçılar Birliyinin başqan müavini Rəmis Aymet, redaktorları DGTYB Məsləhət Şurasının üzvləri dr. Həyat Şəmi və filoloq Sərdar Şirvan, dizayneri Teymur Fərzidir.
Millət vəkili dr. Cavanşir Feyziyevin "ÖnSöz" ("Bakıdan Kazana ədəbi və əbədi salam...") yazdığı yeni nəşrdə, həmçinin tanınmış tatar ədibləri Çulpan Zərif Çətin, Robert Minnullin və Rədif Qataşın birgə hazırladığı "Tatar şeirinin (ədəbiyyatının) özəllikləri və tendensiyaları" adlı təhlil yazısı da yer alıb.
Azərbaycan Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, "Olaylar" qəzetinin baş redaktoru dr. Yunus Oğuz, "KitabEvimAz"ın qurucusu dos.dr. Şəmil Sadiq, Uluslararası Yazıçılar və Publisistlər Assosiasiyasının üzvü Afaq Şixlı (Moskva), Sum¬qayıtdakı Əli Kərim adın Poeziya Klubunun direktoru İbrahim İlyaslı, DGTYB Məsləhət Şurasının üzvü, şair Elman Tovuzun rəyçisi olduğu "YENİ TATAR ŞEİRİ ANTOLO¬GİYASI"ndakı şeirlər, əsasən ruscadan, müəyyən bir qismi isə orjinaldan (tatarcadan) çevrilib.
Antologiya Tatarıstan Yazıçılar Birliyinin təqdim etdiyi materiallar, o cümlədən "Антология новой татарской поэ¬зии" ("Oktyabr", Moskva-2015) kitabında yer alan mətnlər, habelə bir qismi gənc tatar şairlərinin şeir kitabları yaxud onlar tərəfindən biləvasitə göndərilən şeirlər əsasında hazırlanıb.
Kitabda Tatarıstanın 23 istedadlı gənc şairinin (Rifat Salah, Fənil Gilaji, Bulat İbrahim, Şan (Alsu Nurqatina), Alyona Kərim, Aydar Camal, Daniya Nağimullina, Elnar Baynazar, Elvira Hadiyeva, Fidail (Fidail Mәjit), Gülnaz Əziz, Gülnaz Vəli, Gülnur Qurban, İlmira Kamayeva, Lenar Şeyx, Leniza Vəli, Leysan Fəthətdin, Liliya Qıybadullina, Luiza Yansuar, Rezeda Qobəyeva, Rüzəl Əhmədiyev, Rüzəl Mühəmmədşin, Yıldız Minnullina) şeirləri toplanıb.
Şeirlər azərbaycancaya Afaq Şıxlı, Akəm Xaqan (Məmmədzadə), Elxan Yurdoğlu (Məmmədli), Elşad Barat, Əkbər Qoşalı, Faiq Balabəyli, Fərqanə Mehdi, Günel Gün (Lətif), dr. Həyat Şəmi, İntiqam Yaşar, dr. Könül Aydın (Nəhmətova), Lamiyə İsazadə, Nigar Rəhim(ova), dos.dr. Rəsmiyyə Sabir, Səhər Əhməd, Şahməmməd Dağlaroğlu, Şəfəq Sahibli, dos.dr.Təranə Turan (Rəhimli), Turan Teymur və Ülkər Piri (Dəniz) tərəfindən çevirilib.
tehsil-press.az