Gələcəyin dənizçiləri Ali Hərbi Məktəbdə

Gələcəyin dənizçiləri Ali Hərbi Məktəbdə Mayın 23-də Dəniz Akademiyasının bir qrup tələbəsi Heydər Əliyev adına Ali Hərbi Məktəbdə olub. ADDA-nın illik planına əsasən keçirilən görüşdən əvvəl Ulu öndərin abidəsi ziyarət edilib.
Gələcəyin dənizçilərinə AHM-in tədris prosesi və maddi-texniki bazası barədə ətraflı məlumat verilib. Ali Hərbi Məktəbin “Hərbi Dəniz Qüvvələri” fakültəsinin rəhbərliyi ilə ətraflı söhbət aparılıb. Dəniz Akademiyasının tələbələri müxtəlif kafedralarda “Dəniz naviqasiyası”, “Gəmi mexanikası və gəmi elektrotexnikası”, “Rabitə və radiotexniki vasitələr” ixtisasları üzrə tədris auditoriyaları, kitabxana, muzey, klub, idman şəhərciyi və silah-sürsat poliqonu ilə də tanış olublar. Görüş tələbələrin böyük marağına səbəb olub.

ADDA-nın Mətbuat Xidməti

Oxşar xəbərlər