Mayın 23-də Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramına həsr olunmuş “Azərbaycan və Çinin ekoloji siyasəti” adlı elmi seminar keçirilib.
Açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun Azərbaycan tərəfindən direktoru, professor Rafiq Abbasov Çində ekoloji mədəniyyətin formalaşma xüsusiyyətləri, Çinin davamlı inkişafının təmin edilməsində onun rolu, Çin ekoloji diplomatiyasının problemləri barədə danışıb. O, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın başçılıq etdiyi “Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsləri” – IDEA təşkilatı tərəfindən həyata keçirilən ekoloji proqramların Azərbaycanın ətraf mühitinin qorunmasına böyük töhfə verdiyini bildirib.
Seminarda çıxış edən Pekinin Mərkəzi İqtisad Universitetinin professoru, tarix elmləri doktoru Çjan Pin ətraf mühitin mühafizəsi sahəsində Çin qanunvericiliyinin xüsusiyyətləri, ekosistemin mühafizəsinin əsas problemləri və müasir Çinin ekoloji siyasəti barədə danışıb.
Seminarda çıxış edən ADU-nun Regionşünaslıq kafedrasının baş müəllimi Bədirə Kərimova və kafedranın müəllimi Xəyalə Ağayeva Azərbaycanda və Çində sənayenin qloballaşdırılması və modernləşdirilməsi prosesinin ekoloji vəziyyətə təsiri haqqında danışaraq, iki ölkədə ekoloji problemlərin həllinin səmərəliliyinin müqayisəli təhlilini aparıblar.
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev seminarda çıxış edərək Azərbaycanda ətraf mühitin mühafizəsi məsələlərinin tədqiqi tarixindən, landşaftların və onların mühafizəsinin əsas iqtisadi-coğrafi problemlərindən danışıb.
Sonda müasir Çinin ekologiya problemlərinə həsr olunmuş sənədli Çin filmi nümayiş olunub.
Seminarda, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi İbrahim Museyibov də iştirak edib.

ADU-nun Mətbuat Xidməti