Dekabrın 6-da Azərbaycan Dillər Universitetində (ADU) ADU-nun nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu tərəfindən “Çinin XX əsr siyasi tarixi” mövzusunda elmi seminar keçirilib. Seminarı açıq elan edən Konfutsi İnstitutunun Azərbaycan tərəfindən direktoru, professor Rafiq Abbasov Çində siyasi sistemin formalaşması tarixindən bəhs edərək, XX əsrdə Çin siyasi liderlərinin fəaliyyətinin elmi təhlilinin vacibliyini vurğulayıb. R.Abbasov, həmçinin, xalq inqilabının lideri, Çin Kommunist Partiyası və Çin Xalq Respublikasının (ÇXR) banisi olan Mao Tszedunun ölkənin tarixindəki rolunun düzgün araşdırılmasının zəruriliyini qeyd edib. R.Abbasov bu il marksizmin görkəmli nəzəriyyəçisi Mao Tszedunun vəfatının 40-cı ildönümünün qeyd olunduğunu da xatırladıb.
Seminarda çıxış edən ADU-nun Konfutsi İnstitutunun əməkdaşları XX əsrdə Çində baş verən əsas siyasi hadisələr, yerli xalqın vahid müstəqil Çin uğrunda mübarizəsi, xalq inqilabının qələbəsi, ÇXR-in yaranması və Çində sosializm quruculuğu haqqında danışıblar.
Sonda Mao Tszedunun inqilabın uca ideyaları və hüdudsuz qəhrəmanlıq ruhunun əks olunduğu “Böyük yürüş”, “Lyupanşan”, “Çanşa” və “Tszinqanşan” adlı şeirləri səsləndirilib.
Qeyd edək ki, tədbirdə Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin Siyasət üzrə müşaviri cənab Cen də iştirak edib.

ADU-nun Mətbut Xidməti