BANM-də seminar: Yaponiyalı professor tələbələrlə biliklərini bölüşür

BANM-də seminar: Yaponiyalı professor tələbələrlə biliklərini bölüşür Bakı Ali Neft Məktəbində (BANM) neft-qaz mühəndisliyi ixtisası üzrə cari tədris ilində təhsillərini başa vuran 5-ci kurs tələbələri üçün neft hasilatının artırılması üçün istifadə olunan müasir üsullara həsr olunmuş dördgünlük seminar öz işinə başlayıb.
Seminar Yaponiyanın “İNPEX” şirkətinin təşəbbüsü, “SOCAR UPSTREAM İnternational Management” MMC və BANM-in təşkilatçılığı ilə keçirilir. Seminarın açılışında SOCAR-ın, Yaponiyanın Azərbaycandakı səfirliyinin rəsmiləri, “İNPEX” şirkətinin mütəxəssisləri iştirak ediblər.
Seminarın ilk məşğələsində dinləyici və məruzəçiləri salamlayan BANM-in rektoru Elmar Qasımov 2017-ci ilin rəhbərlik etdiyi ali təhsil müəssisəsi üçün bir neçə mühüm hadisə - Prezident İlham Əliyev tərəfindən ali məktəbin yeni kampusunun rəsmi açılışı, məzunların ilk buraxılışı və magistratura səviyyəsinə ilk qəbul ilə əlamətdar olduğunu qeyd edib. Rektor müasir biliklərin yayılması istiqamətində SOCAR ilə son beş ildəki əməkdaşlığı yüksək qiymətləndirib, yeni istismara verilən kampusda bu cür tədbirlərin keçirilməsi üçün daha əlverişli şəraitin olduğunu bildirib. Elmar Qasımov, həmçinin Yaponiyanın Waseda Universitetinin professoru Masanori Kurihara və onun həmkarlarına neft hasilatının artırılması üsulları ilə bağlı müasir texnologiyalar haqqında bilikləri tələbələrlə bölüşdüklərinə görə minnətdarlığını bildirib.
SOCAR-ın geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti Bəhram Hüseynov BANM-də tələbələr arasında müasir biliklərin yayılması istiqamətində həyata keçirilən tədbirlərin təqdirəlayiq hal olduğunu vurğulayıb, Yaponiyanın Waseda Universitetinin, “İNPEX” şirkətinin və “SOCAR UPSTREAM Management International” MMC-nin əməkdaşlarına seminarın təşkilinə görə minnətdarlığını bildirib.
Yaponiyanın Azərbaycandakı səfirliyinin birinci katibi Takaaki Usui BANM-in ölkənin yüksək reytinqli ali təhsil müəssisəsi olduğunu vurğulayaraq yaponiyalı mütəxəssislərin tələbələrlə müasir biliklərin bölüşməsinin iki xalq arasında dostluq əlaqələrinin möhkəmlənməsinə xidmət edəcəyini vurğulayıb.
Çıxışında professor Masanori Kurihara Waseda Universiteti ilə BANM arasında əlaqələrin qurulmasında maraqlı olduqlarını bildirib.
Seminarın keçirilməsi üçün Yaponiyanın Waseda Universitetinin elm və mühəndislik fakültəsinin professoru Masanori Kurihara, universitetin elmi əməkdaşı Utomo Pratama, dünyada neftin və qazın kəşfiyyatı və hasilatı ilə məşğul olan “İNPEX” şirkətinin resursların idarəolunması üzrə vitse-prezidenti Akihiko Kurashina, şirkətin Londondakı ofisinin layın işlənməsi üzrə meneceri Takuya Muta və təlim koordinatoru Yukito Nomura Bakıya dəvət ediliblər.
Seminarın dinləyiciləri BANM-in 49, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 5 və Xəzər Universitetinin 5 tələbəsi və SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutunun 2 əməkdaşıdır.
Dördgünlük seminarın birinci günü əsasən neft hasilatının artırılmasında drenaj mexanizmin rolu, ilkin və ikinci neft çıxarılması məsələlərinə həsr olunacaq. İkinci gün dinləyicilərə əlavə neftin çıxarılması üçün istifadə olunan termal, qaz vurma, kimyəvi üsullar, ağır neftlərin çıxarılmasında istifadə olunan qeyri-ənənəvi üsullar haqqında biliklər veriləcək. Seminarın üçüncü günü aşağı duzluluğa malik sulaşmaya, CO2 mikro qabarcıqlarla sulaşmaya, mikrobioloji üsulların istifadəsinə həsr olunacaq.
Sonuncu təlim günündə məruzəçilər əlavə neft çıxarılması üçün istifadə olunan və əvvəlki günlərdə təqdim edilən üsulların kompüter simulyasiyasını dinləyicilərə təqdim edəcəklər.

BANM-nin Mətbuat Xidməti


BANM-də seminar: Yaponiyalı professor tələbələrlə biliklərini bölüşür

BANM-də seminar: Yaponiyalı professor tələbələrlə biliklərini bölüşür

BANM-də seminar: Yaponiyalı professor tələbələrlə biliklərini bölüşür

BANM-də seminar: Yaponiyalı professor tələbələrlə biliklərini bölüşür

Oxşar xəbərlər