Bakı Ali Neft Məktəbində (BANM) daimi fəaliyyət göstərən “Bərpaolunan enerji: çağırışlar və perspektivlər” mövzusunda seminarın növbəti iclası keçirilib.
Seminarda BANM-in Tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru Ramiz Hümbətov, BANM-in Ömürboyu təhsil fakültəsinin dekanı Rəna Mustafayeva, BANM-in Bərpaolunan enerji mühəndisliyi üzrə tədris və tədqiqat mərkəzinin müdiri Sənan Eminov, Ali Məktəbin professor-müəllim heyəti və tələbələri iştirak ediblər. Tədbirdə həmçinin müxtəlif dövlət orqanlarının, AMEA-nın müxtəlif institutlarının, qeyri-hökumət təşkilatlarının (QHT) təmsilçiləri, müstəqil ekspertlər də dəvət olunublar.
Seminarın iclasında “Provitaz MMC” şirkətinin CEO təsisçisi Knut-Erlend Rosvoldun “Azərbaycanda bərpaolunan enerji biznesi: çağırışlar və imkanlar” mövzusunda məruzəsi dinlənilib. O, günəş enerjisi sistemləri bu gün Azərbaycanda insanlar və biznes üçün ən sərfəli mənbə kimi və onun üstün cəhətlərindən istifadə yollarından söyləyib. Seminarda çıxış edən “Provitaz MMC” şirkətinin baş sistem mühəndisi İngvar Andreassen Azərbaycanda sahibkarların qarşısındakı problemlərinin aradan qaldırılmasının yollarından və “Provitaz MMC” şirkətinin bu çətin yolda keçdiyi dərslərdən danışıb.
Məruzənin sonunda İngvar Andreassen və Knut-Erlend Rosvold seminar iştirakçılarının suallarını cavablandırıb.
Qeyd edək ki, BANM-də seminarın növbəti iclası aprel ayında keçiriləcək. Seminarın elmi rəhbəri – BANM-in neft-qaz mühəndisliyi kafedrasının professoru Siyavuş Azakovdur. İclaslarda, əsasən, bərpaolunan enerji mənbələrin istifadəsinin texnologiyaları və bu sahədə dünya təcrübəsi və Azərbaycanda bərpaolunan enerjinin iqtisadi, ekoloji və sosial aspektləri kimi məsələlər müzakirəyə çıxarılır. Müasir enerjiye qenaet texnoligiyalarindan istifadeye daha cox diqqet verilir.

BANM-nin Mətbuat Xidməti