Bakı Ali Neft Məktəbində (BANM) görkəmli azərbaycanlı neftçi-geoloq, Sosialist Əməyi Qəhrəmanı, geologiya-mineralogiya elmləri doktoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, ictimai xadim Fərman Qurban oğlu Salmanovun 85 illik yubileyinə həsr olunmuş konfrans keçirilib.
Tədbirdə SOCAR-ın Geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti Bəhram Hüseynov, SOCAR-ın birinci vitse-prezidentinin müşaviri Ələkbər Abasov, SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutunun Neft-qaz yataqlarının işlənməsi üzrə direktor müavini, geologiya-mineralogiya elmləri doktoru Əhməd Salmanov, SOCAR-ın baş ofisinin elm və texnika şöbəsinin rəisi Nazim Vəliyev, SOCAR-ın Böyük Britaniya nümayəndəliyinin rəhbəri Rüfət Əfəndiyev, BANM-in professor-müəllim heyəti və tələbələri iştirak ediblər.
Konfransı giriş sözü ilə açan BANM-in rektoru Elmar Qasımov qonaqları salamlayaraq Ali Məktəbdə tələbələrə elm və tədrislə yanaşı, neft-qaz, kimya sənayesi üzrə görkəmli alimlərin tanıdılmasının vacibliyini vurğuladı. Rektor bildirdi ki, bu konfransın keçirilməsində əsas məqsəd tələbələri görkəmli neftçı alimin həyat və yaradıcılığı ilə yaxından tanış etmək və Fərman Salmanovun xatirəsini yad etməkdir.
SOCAR-ın Geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti Bəhram Hüseynov və SOCAR-ın birinci vitse-prezidentinin müşaviri Ələkbər Abasov konfransın əhəmiyyətindən söz açdılar. SOCAR-ın Geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti Bəhram Hüseynov bildirdi ki, bütün həyatını neft-qaz yataqlarının işlənməsinə həsr etmiş F.Salmanovun adı dünya neft tarixində Qərbi Sibirin zəngin neft sərvətlərini ilk kəşf edən alimlərdən biri kimi daxil olub.
SOCAR-ın birinci vitse-prezidentinin müşaviri Ələkbər Abasov qeyd etdi ki, Fərman Salmanovun rəhbərliyi altında Qərbi Sibirində karbohidrogen ehtiyyatları ilə zəngin yüzdən artıq iri həcmli yataq kəşf edilib və istismara verilib. “Məhz həmin yataqların işlənməsi və istismarı hesabına keçmiş SSRİ dünyanın ən çox neft-qaz ixrac edən ölkələri sırasına çıxmışdır”- deyə, Ə.Abasov qeyd etdi.
BANM-in Ömürboyu təhsil fakültəsinin dekanı professor Rəna Mustafayeva “Fərman Salmanovun həyat və fəaliyyəti hər bir azərbaycanlı gənc üçün nümunədir” adlı məruzə ilə çıxış etdi.
BANM-in “Neft-qaz mühəndisliyi” ixtisasının 4-cü kurs tələbələri Elvin Həsənli və Rəşad Nəzərəliyev “Fərman Salmanov şəxsiyyəti gənclərin gözü ilə” mövzusunda fikirlərini bildirdilər. SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutunun Neft-qaz yataqlarının işlənməsi üzrə direktor müavini, geologiya-mineralogiya elmləri doktoru Əhməd Salmanov belə bir tədbiri təşkil etdiklərinə və əmisi Fərman Salmanovun xatirəsinin Ali Məktəbdə yüksək tutularaq gənc nəslə tanıdıldığına və unudulmadiğına görə öz minnətdarlığını bildirdi.
Tədbirin sonunda Fərman Salmanovun həyat və fəaliyyətinə həsr olunmuş sənədli filmin nümayişi oldu.

BANM-nin Mətbuat Xidməti