ATU-nun Tədris Terapevtik Kinikasında növbəti xəstə təhlilləri aparılıb

ATU-nun Tədris Terapevtik Kinikasında növbəti xəstə təhlilləri aparılıb Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında iki xəstə ilə bağlı növbəti klinik müzakirə aparılıb.
Direktorun müalicə işləri üzrə müavini Adil Nuriyev çıxış edərək bildirib ki, silsilə şəklində davam etdirilən xəstə təhlilləri həm tələbələr, həm də rezidentlər üçün mühüm əhəmiyyət kəsb edir.
Klinik müzakirədə ilk çıxışı moderatorluğu professor revmatoloq Surxay Musayevə məxsus 14 yaşlı uşaqla bağlı uşaq kardio-revmatologiya şöbəsinin müdiri Sevda Məmmədova edib.
S. Məmmədova bildirib ki, uşaq bir neçə ay bundan öncə klinikaya çox ağır vəziyyətdə gətirilmişdi:“Klinikaya yüksək hərarət, öskürək, üzdə və aşağı ətarflarda şişkinlik, ürək nahiyəsində ağrı və s. şikayətlər ilə daxil olmuşdu. Bunlarla yanaşı təngnəfəslik və halsızlıq hallarını da müşahidə etdik.
Uşağın erkən inkişaf dövrü normal keçib və profilaktik peyvəndlərini təqvimə uyğun alıb. Aparılan müayinələr zamanı uşağa kəskin revmatik diaqnozu qoyduq. Konsultasiyalar təşkil olundu, kardioloq və nefroloqun baxışı keçirildi. Əvvəlcə biz uşağın əməliyyatla normal vəziyyətə dönə biləcəyini zənn edirdik, amma müayinələrdən sonra kəskin cərrahi göstərişə ehtiyac olmadığının şahidi olduq”.
Aparılan müalicələrdən sonra uşağın vəziyyətinin yaxşılaşdığını deyən, S. Məmmədova bundan sonra onun daima həkim nəzarətində olmasını məsləhət gördüklərini deyib.
Daha sonra moderatorluğu hematologiya şöbəsinin müdiri Valeh Hüseynova məxsus 38 yaşlı Xroniki Myelositar Leykemiya ilə daxil olan xəstə ilə bağlı Şəhla Şabanovanın çıxışı dinlənilib.
Ş. Şabanova bildirib ki, xəstə subfebril hərarət, halsızlıq, qarın nahiyyəsində dolğunluq və köp, təngnəfəslik şikayətləri ilə klinikaya müraciət edib.
Xəstəliyin simptomları haqqında məlumat verən həkim qeyd edib ki, burda əsasən halsızlıq, temperatur, gecə tərləməsi, çəkinin azalması və s. kimi hallar müşahidə edilir: “Xəstə daxil olarkən onda leykositoz, anemiya, perifrik yaxmada mieloid sıra artışı ilə yanaşı atipik hüceyrələri aşkar etdik. Müalicələrə başlanıldı və mərhələli şəkildə bu proseslər davam etdiriləcək”.
Ş.Şabanova həmçinin gələcəkdə xəstəyə sümük iliyi transplantasiyasını da həyata keçirmək zərurəti yarana biləcəyin deyib.
Klinika müzakirə həkim-professorlar və rezidentlərin müzakirəsi ilə yekunlaşıb.

ATU-nun Mətbuat Xidməti


ATU-nun Tədris Terapevtik Kinikasında növbəti xəstə təhlilləri aparılıb

ATU-nun Tədris Terapevtik Kinikasında növbəti xəstə təhlilləri aparılıb

Oxşar xəbərlər