Talassemiyadan ölüm göstəricisi 5 dəfə azalıb

Talassemiyadan ölüm göstəricisi 5 dəfə azalıb İndiyədək Azərbaycanda 42 uşağa, o cümlədən 30 talassemiyalı, 12 onkohematoloji xəstəyə sümük iliyi köçürülüb. Bu xəstələrdən ən kiçiyinin 2, ən böyüyünün 19 yaşı olub.

Səhiyyə Nazirliyindən virtualaz.org saytına verilən məlumatda deyilir ki, son 10 ildə talassemiyadan ölüm göstəricisi 5 dəfə azalıb. Hazırda 2800-dən artıq xəstə bu mərkəzdə daimi müalicə alır. “Ötən ilin iyun ayından 230 minə yaxın insanın qan nümunəsi müayinə olunub. Onların arasında 9892 talassemiya daşıyıcısı, 147 qazanılmış immun çatışmazlığı sindromu, 828 sifilis xəstəliyi aşkar edilib. Müayinə olunanların arasında 80 xəstə cütlük aşkarlanıb”,-nazirlikdən bildirilib.
Mənbəyə əsasən, hazırda 1541 hemofiliyalı xəstə qeydiyyatdadır.

Tehsil-press.az

Oxşar xəbərlər