Xarici işlər naziri Elmar Məmmədyarov Kolumbiyaya rəsmi səfərə yola düşüb.
Nazirlikdən Təhsil-press.az-a verilən məlumata görə, səfər çərçivəsində E.Məmmədyarovun Kolumbiya xarici işlər naziri Mariya Angela Olgin və digər rəsmi şəxslərlə görüşü, nazirlər səviyyəsində Azərbaycanla Kolumbiya arasında siyasi məsləhətləşmələrin dördüncü mərhələsinin keçirilməsi və mədəniyyət sahəsində əməkdaşlıq haqqında Sazişin imzalanması nəzərdə tutulub.
Həmçinin səfər əsnasında müxtəlif dövrlərdə yaşayıb-yaratmış Azərbaycan və Kolumbiya şairlərinin yaradıcılığından ibarət “Azərbaycan/Kolumbiya İyirmi şeir” (Azerbaiyán/Colombia Veinte poemas) kitabının təqdimatı keçiriləcək.
Xatırladaq ki, 8 iyul 2013-cü ildə Kolumbiyanın xarici işlər naziri Maria Angela Olqinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda rəsmi səfərdə olub.
Təhsil-press.az