Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki təhsil müəssisələrində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasının 99 illiyi ilə əlaqədar silsilə tədbirlər keçirilib.
Təhsil müəssisələrində əlamətdar bayram münasibətilə konfranslar, mühazirə və “dəyirmi masa”lar, ədəbi-bədii kompozisiyalar, şagirdlərin əl işlərindən ibarət sərgilər, vətənpərvərlik mövzusunda bədii qiraət gecələri, fləşmoblar təşkil edilib.
Tədbirlərdə şərqdə ilk demokratik respublika olan AXC-nin yaranma tarixi, mövcud olduğu qısa müddətdə fəaliyyəti barədə şagirdlərə ətraflı məlumat verilib. Ölkəmizin müstəqilliyi bərpa olunduqdan sonra qazanılan uğurlardan, dövlət quruculuğu sahəsində ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən bəhs edilib.
AXC dövrünün tariximizin ən şərəfli səhifələrindən olduğu bildirilib, ulu öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın bu gün inamla irəlilədiyi, regionda və dünyada lider dövlətə çevrildiyi nəzərə çatdırılıb.
Şagirdlər müstəqilliyə, vətənpərvərliyə həsr edilən şeirlər, mahnılar söyləyib, tarix üzrə biliklərini nümayiş etdirən intellektual viktorinalarda iştirak ediblər.

Kəmalə Rəhimli