Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində ümummilli lider Heydər Əliyevin vəfatının 13-cü ildönümü ilə əlaqədar silsilə anma tədbirləri, “dəyirmi masa”, konfrans və seminarlar keçirilib.
Tədbirlərində Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dahi şəxsiyyətin zəngin həyat və fəaliyyəti barədə məlumat verilib. Qeyd olunub ki, görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycanın gələcəyi olan gənclərin inkişafına, elm və təhsilin tərəqqisinə daim xüsusi diqqət yetirib, bu sahədə mövcud olan problemlərin aradan qaldırılması və ölkəmizdə dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinə uyğun təhsil strategiyasının reallaşdırılması məqsədilə əhəmiyyətli tədbirlər həyata keçirib, tarixi fərman və sərəncamlar imzalayıb. Ulu Öndərin göstərişi əsasında minlərlə azərbaycanlı gənc dünyanın ən tanınmış universitetlərində təhsil almağa göndərilib. Məhz həmin kadrlar bu gün Azərbaycan dövlətçiliyinin, müstəqilliyinin möhkəmləndirilməsində və quruculuq prosesində fəal iştirak edirlər. Vurğulanıb ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş müasir müstəqil dövlətimizin taleyi etibarlı əllərdədir və bu kursun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan parlaq uğurlara imza atmaqdadır.
“Unudulmaz Ulu Öndər”, “Dahi rəhbər”, “Heydər Əliyev yeniyetmə və gənclər üçün milli düşüncə məktəbidir”, “Sən elə bir zirvəsən...”, “Azərbaycan xalqının ən böyük sərvəti”, “Dahilər heç vaxt unudulmur”, “Qəlblərdə yaşayan lider” və digər mövzularda keçirilən tədbirlərdə görkəmli dövlət xadiminin həyat və fəaliyyətinin müxtəlif sahələrindən bəhs edən ədəbi-bədii kompozisiya, videoçarx və filmlər nümayiş etdirilib, şeir və mahnılar səsləndirilib. Həmçinin təhsil müəssisələrində şagirdlərin əl işlərindən ibarət sərgilər təşkil olunub.

BŞTİ-nin Mətbuat Xidməti