RESPUBLİKA GÜNÜNƏ HƏSR EDİLMİŞ ELMİ-PRAKTİK KONFRANS

RESPUBLİKA GÜNÜNƏ HƏSR EDİLMİŞ ELMİ-PRAKTİK KONFRANS 25 may 2017-ci il tarixdə Gəncə Dövlət Universitetinin ikinci tədris binasında 28 May – Respublika Günü münasibətilə elmi-praktik konfrans keçirilmişdir. Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayan konfransı universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva giriş sözü ilə açaraq qeyd etdi ki, 1917-ci ildə Rusiyada baş vermiş inqilab nəticəsində 1918-ci il mayın 28-də Azərbaycanda Demokratik Cümhuriyyət elan edildi. Müstəqillik əldə etmiş Azərbaycan bütün Şərqdə dövlət atributları – bayrağı, himni, gerbi qəbul edilən ilk demokratik respublika, parlamentli dövlət idi. Ancaq Azərbaycanda Demokratik Cümhuriyyət cəmi 23 ay yaşaya bildi.Respublika Günü – dövlət müstəqilliyinin bərpası günü – 1991-ci ildən 28 may xalqımızın əsl bayramına çevrildi. Xalqımız yeni tarixi şəraitdə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında Xalq Cümhuriyyətinin ənənələrini əsas tutaraq, müstəqil Azərbaycan dövlətini yaratdı. Lakin Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətindən fərqli olaraq, mürəkkəb vəziyyətdə öz müstəqilliyini və suverenliyini qorumağı və möhkəmləndirməyi bacardı, dövlətçiliyin qorunması üçün qətiyyətli tədbirlər görüldü, ölkədə davamlı ictimai-siyasi sabitlik bərpa edildi. Bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir.
Azərbaycan tarixi kafedrasının dosenti Cavid Bağırzadə “Azərbaycan Xalq Cumhuriyyəti Müsəlman şərqində ilk demokratik dövlətidir” , Azərbaycan tarixi kafedrasının baş müəllimi Eldar Mehdiyev “Azərbaycan Xalq Cumhiriyyəti tarixinə qısa baxış” , Tarix-cografiya fakültəsinin II kurs tələbəsi Çinarə Hümbətova “28 May-Milli iradənin qələbəsi”məruzələri, Filalogiya fakültəsinin baş müəllimi Aygün Əhmədova Zəlimxan Yaqubun Məhəmməd Əmin Rəsulzadəyə yazdığı “Kişi” , Filologiya fakültəsinin II kurs tələbəsi Şəhla Qəribova isə “Bir kərə yüksələn bayraq” adlı şeiri ilə çıxışlar etdilər.
Musiqi kafedrasının tələbələrdən ibarət bədii özfəaliyyət kollektivinin çıxışları elmi-praktiki konfransı daha da canlandırdı, zalda əsl bayram əhval-ruhiyyəsi yaratdı.Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü il dönümü münasibətilə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Rəyasət Heyətinin qərarına əsasən keçirilən bədii yaradıcılıq festivalında iştirak edən Musiqi fənləri kafedrasının müsabiqədə I, II və III yer qazanmış tələbələrinin diplomlarını təqdim etdi və universitetin rektoru professor Yusif Yusibov tərəfindən onların “Fəxri Fərman” la təltif olunacaqlarını qeyd edərək, hər birinə uğurlar arzuladı.
Elmi-praktik konfrans tələbələrin ifasında “Heydər xalqım deyəcək, xalq Heydər söyləyəcək” musiqisi ilə başa çatdı.

GDU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər