Moskvada etiraz aksiyalarında 150 nəfər saxlanılıb

Moskvada etiraz aksiyalarında 150 nəfər saxlanılıb Rusiyanın paytaxtı Moskvada keçirilən etiraz aksiyalarında 150-dən çox şəxs saxlanılıb.
Təhsil-press.az-ın məlumatına görə, bu barədə Rusiya DİN açıqlama yayıb.
DİN-nin məlumatında bildirilir ki, paytaxtdakı aksiyalarda 4,5 min nəfər iştirak edib.
İcazəsiz etiraz aksiyaları müxalifətçi Aleksey Navalnının çağırışı ilə keçirilib. Moskva meriyası bu çağırışı təxribat hesab edib. A.Navalnı saxlanılıb.

Təhsil-press.az

Oxşar xəbərlər