Ermənistan Hamburqda keçiriləcək ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası zamanı "2+3" formatlı (Azərbaycan və Ermənistan xarici işlər nazirləri və həmsədr ölkələrin xarici işlər nazirləri) görüşdə iştirak edəcəyini hələ təsdiqləməyib.
Tehsil-press.az-ın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə brifinqdə deyib.
E.Məmmədyarov qeyd edib: “Mən dünən bu barədə ATƏT-in xüsusi nümayəndəsi Anji Kaspşiklə danışmışam. O mənə aydın cavab vermədi. Azərbaycan, öz növbəsində, Ermənistanla istənilən formatda istənilən ünsiyyətə hazırdır. Lakin Hamburqda nazirlərin iştirakı ilə görüş keçirilməsi bu məsələyə tərəflərin ciddi yanaşdığını nümayiş etdirərdi”.
Onun sözlərinə görə, hazırda danışıqlar prosesində sakitlik müşahidə olunur:
“Biz Sankt-Peterburq görüşündən sonra danışıqlar prosesində müəyyən canlanma gözləyirdik. Lakin Ermənistan hər vəchlə danışıqlardan yayınmağa çalışır. Qoşunların təmas xəttində gərginlik həmişə olub və bunun səbəbi də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğudur”.
Tehsil-press.az