Azərbaycanın və Estoniyanın xüsusilə də təhsil və İT sahələrində münasibətlərin dərinləşdirilməsi üçün böyük potensialı var.
Bakıda səfərdə olan Estoniyanın xarici işlər naziri Sven Mikser azərbaycanlı həmkarı Elmar Məmmədyarovla birgə mətbuat konfransında deyib.
O qeyd edib: "Biz hesab edirik ki, əməkdaşlığın bu istiqamətlərdə genişləndirilməsi üçün çalışmalıyıq. Ümid edirəm ki, Azərbaycan və Avropa İttifaqı strateji tərəfdaşlıq haqqında saziş imzalayacaqlar. Bizim üçün sazişin kontenti çox mühümdür, bu, Bakı-Tallin münasibətlərinə də müsbət təsir edəcək".
Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına gəlincə, S.Mikser bildirib ki, münaqişənin hərbi yolla həlli yoxdur: "Sülh yolu ilə nizamlanma münaqişəyə cəlb olunmuş tərəflərin də maraqlarına xidmət edir".
Təhsil-press.az