Qərb Universitetinin müəllim və tələbə heyəti Şəhidlər Xiyabanını ziyarət edib

Qərb Universitetinin müəllim və tələbə heyəti Şəhidlər Xiyabanını ziyarət edib Bu gün Qərb Universitetində 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib.
Tədbir 20 Yanvar şəhidlərinin xatirəsinin 1 dəqiqəlik sükutla anılması ilə başlanıb.
Qərb Universitetinin “Politologiya və beynəlxalq münasibətlər” kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov 20 Yanvar 1990-cı ildə baş verən hadisələr haqqında ətraflı məlumat verib, həmin günlə bağlı müxtəlif bilgiləri bölüşüb, “Qanlı Yanvar“ şəhidlərinin xatirələrinin unudulmayacağını, daim yaddaşlarda əbədi mərd, igid və vətənpərvər ruhda qalacaqlarını vurğulayıb.
Daha sonra universitetin tələbələri məqalələrlə çıxış edib və 20 Yanvar hadisələrini əks etdirən video süjet nümayiş olunub.

Qərb Universitetinin müəllim və tələbə heyəti Şəhidlər Xiyabanını ziyarət edib

Tehsil-press.az

Oxşar xəbərlər