Türkiyənin şərqində 11 PKK terrorçusu məhv edilib

Türkiyənin şərqində 11 PKK terrorçusu məhv edilib Türkiyənin Bingöl əyalətinin Genç rayonunda xüsusi əməliyyat çərçivəsində 11 PKK terrorçusu məhv edilib.
Təhsil-press.az-ın Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, əməliyyat zamanı terrorçulara məxsus silah və sursat tapılıb.
Qeyd edək ki, PPK terror qruplaşması Türkiyənin dövlət qurumlarına və vətəndaşlarına silahlı hücumlar edir. 2015-ci ilin iyul ayından PPK-nın hücumları nəticəsində 500 dinc sakin və 800 təhlükəsizlik qurumlarının əməkdaşları öldürülüb. Təhlükəsizlik qüvvələrinin keçirdikləri əməliyyatlar zamanı 10 min PKK terrorçusu öldürülüb və ya həbs edilib. ABŞ və Avropa İttifaqı PKK-nı terror təşkilatları siyahısına daxil ediblər.

Təhsil-press.az

Oxşar xəbərlər