Bakı Ali Neft Məktəbinin (BANM) Neft-qaz mühəndisliyi ixtisası üzrə məzunu Riyad Muradov dünyanın 2-ci ən nüfuzlu universiteti olan Stenford Universitetinə (ABŞ) magistr səviyyəsinə təqaüdlə qəbul olunub.
- Özünüz haqqında danışın.
- Mən 1995-ci ildə Bakı şəhərində anadan olmuşam. 2001-ci ildə Bakı şəhəri Nərimanov rayonu 47 saylı orta məktəbin 1-ci sinfinə getmiş, daha sonra 164 saylı məktəb oldu, 2009-cu ildə isə akademik Zərifə Əliyeva adına Liseyə qəbul və 2012-ci ildə həmin liseyi bitirmişəm. Həmin il TQDK-nın qəbul imtahanında 645 bal toplayaraq Bakı Ali Neft Məktəbinin Neft-qaz mühəndisliyi ixtisasına qəbul olmuşam. 2012-2014-cü illərdə “AzDimension” şirkətində Gənclər və İdman Nazirliyi tərəfindən sifariş olunmuş onlayn oyun layihəsinin üzərində çalışmışam. 2013-cü ildə SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Dənizdə insan mühafizəsi üzrə təlim mərkəzində təlim kursunu uğurla başa vuraraq sertifikat əldə etmişəm. 2014-cü ildə 28 May NQÇİ-də iki həftə ərzində dənizdə və 2015-ci ildə BP şirkətində on həftəlik istehsalat təcrübəsi keçmişəm. 2016-ci ildən SPE BHOS Student Chapter-in idarə heyətinə sədrlik etmişəm. Bu il isə ABŞ-ın Stenford Universitetinin təqaüdlü magistrı olmaq şansını qazanmışam.
- Bakı Ali Neft Məktəbinə daxil olduqdan sonra qarşınıza qoyduğunuz məqsədləri həyata keçirə bilmisiniz mi?
- Mən BANM-mi seçəndə, bu Ali Məktəb fəaliyyətinə yenicə qədəm qoyurdu. Mən qəbul imtahanına hazırlaşan vaxt öyrəndim ki, Bakıda neft-qaz sahəsi üzrə mütəxəssislər hazırlayan yeni Ali Məktəb açılıb. Bu məlumat məni maraqlandırdı və qətiyyətlə qərara gəldim ki, məhz bu ali təhsil ocağında oxuyacağam. Qəbul imtahani zamanı 645 bal toplayaraq BANM-ə daxil oldum. Bu gün, 5 il sonra mən inamla deyə bilərəm ki, doğru seçim etmişəm. Həyatım boyu arzum olub ki, dünyanın ən nüfuzlu universitetlərdən birində təhsil alım və bu arzumu gerçəkləşdirməkdə mənə ən böyük dəstəyi məhz BANM verib.
- Dünyanın ən nüfuzlu universitetlərindən birinin magistrantı olmaq üçün nə etmək lazımdır?
- Stenford Universiteti “QS World University Rankings” beynəlxalq reytinq təşkilatının dünya üzrə ali təhsil müəssisələrinin reytinq cədvəlində ikincisidir. Belə qabaqcıl universitetə qəbul olmaq üçün gərək daim öz üzərində işləyəsən, yaxşı oxuyarsan, məqsədinə nail olmaqda israrlı olasan. Bundan əlavə məqsədə doğru düzgün yolu tapmalısan. Stenford Universitetinə qəbul olunmağı necə bacardığımı belə izah edə bilərəm: əvvəlcə mən IELTS imtahanlaınrdan uğurla keçdim, sonra GRE imtahanı verdim, BANM-də aldığım qiymətlərim üzrə Ümumi orta müvəffəqiyyət göstəricim də yüksək oldu (ÜOMG). İmtahan mərhələsindən sonra mən ABŞ-ın bir neçə universitetləri üçün elmi-tədqiqat layihəsi təqdim etdim. ABŞ-nın üç universitetlərindən - University of Texas of Austrin, Colorado School of Mines və Stanford University müsbət cavab aldıqdan sonra Stanfordu seçdim.
- Niyə məhz Stenford Universitetində qərarlaşdınız? Bu universitet haqqında hansı məlumatınız var və bu universitetdə alacağınız təhsildən gözləntiləriniz nələrdi?
- Stenford – tədris və elmi tədqiqat üzrə dünyanın qabaqçıl universitetlərindən biri olduğu üçün bu seçimi etdim. Bu universitetin məzunları arasında - Electronic Arts, Hewlett-Packard, Nvidia, Yahoo! və Google kimi güclü dünya korporasiyalarının rəhbərlərlər var. Stenford elmi işlərin aparılması üçün fantastik imkanlar yaradır. Bu universitetdə NASA-nın tədqiqat laboratoriyalarınan biri yerləşir. Ən əsası isə - bu universitetdə kompüter elmləri üzrə dünyanın ən güclü fakultələrindən biri (Computer Science Department) fəaliyyət göstərir. Bu fakültə Silikon vadisi üçün mükəmməl kadrlar yetişdirir.
- BANM-də aldığınız təhsil sizin Stenford Universitetinə qəbul olunmağınızda hansı rol oynayıb?
- Əlbəttə ki, BANM-də əldə etdiyim bilik, bacarıqlar və zəngin praktiki təcrübə Stenforda qəbul üçün mənə çox lazım oldu. Burada mühüm amillərdən biri də o oldu ki, mən Ali Məktəbdə ingilis dilini mükəmməl öyrənə bildim. Bütün bu nailiyyətlərə görə mən Ali Məktəbin rektoru Elmar Qasımova, professor və müəllimlərimə, həmçinin BANM-in yaxın əməkdaşlıq etdiyi Neft-qaz Mühəndisləri Cəmiyyətinin nəzdində olan Gənc İstedadların Proqramının rəhbəri Elşən Rzayevə öz təşəkkürümü bildirmək istəyirəm. Onlar mənə ən əsası öz gücümə inanmağa kömək etdilər.

BANM-nin Mətbuat Xidməti