Bakı Ali Neft Məktəbinin (BANM) İctimaiyyətlə əlaqələr şöbəsinin “Mən BANM-in müəllimiyəm” adlı layihəsi davam edir. Suallarımızı BANM-in Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının dosenti Leyla Muradxanlı cavablandırır.
- Ənənəvi olaraq ilk sualımız: Siz niyə məhz müəllim peşəsini seçmisiniz?
- İxtisasca avtomatlaşdırılmış idarəetmə sistemləri üzrə mühəndisəm. Bu ixtisası seçəndə müəllim olacağımı bilmirdim. Bilik və bacarıqlarımı, əldə etdiyim təcrübəni tələbələrə öyrətmək həvəsi müəllim olmağıma səbəb oldu. Müəllimlik şərəfli, məsuliyyətli, çətin və mürəkkəb peşədir və düşünürəm ki, mən düzgün seçim etmişəm. Müəllim işlədiyim 25 il ərzində bu peşənin şərəfini, məsuliyyətini daha çox dərk etmişəm.
- Bir az özünüz haqqında danışın.
- 1988-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun İstehsal Proseslərinin Avtomatlaşdırılması fakültəsini fərqlənmə diplomu ilə bitirmişəm. 1992-ci ildə texnika elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini, 1999-cu ildə isə dosent elmi adını almışam. 2008-2009-cu illərdə Norweç Menecment İnstitutunda Enerji Menecment sahəsində magistr təhsili almışam. 2000-ci ilədək Azərbaycan Dövlət Neft Akademiyasının Avtomatlaşdırılmış İdarəetmə Sistemləri kafedrasında, 2000-2014-cü illərdə Xəzər Universitetində işləmişəm. 2014-cü ildən Bakı Ali Neft Məktəbinin Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasında dosent işləyirəm. Amerika və Avropanın bir sıra universitetlərində - Corciya Dövlət Universiteti (Atlanta, ABŞ), İndiana Universiteti (Bloominqton, ABŞ), Pensilvaniya Dövlət Universiteti (Universitet Park, ABŞ), Beuth Hochschule für Technik Berlin - Tətbiqi Elmlər Universiteti (Berlin, Almaniya), Jagiellonian Universiteti (Krakov, Polşa) və s. elmi tədqiqat işi aparmış və mühazirələr keçmişəm.
2011-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən pedaqoji fəaliyyətimə görə Fəxri Fərmanla təltif edilmişəm. 2016-ci ildə isə Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən neft və qaz sənayesi üçün kadrların hazırlanmasında xidmətlərimə görə Fəxri Fərmanla təltif edilmişəm.
- Hər bir tələbənin öz sevimli müəllimi olur. Tələbəlik dövrünüzdəki sevimli müəlliminiz haqqında danışın.
- Tələbəlik illərimdə sevimli müəllimlərim çox olub. Müəllimlərim peşəkar və tələbkar olub, bilik və təcrübəsini öyrətməklə yanaşı, həm də öz fənnlərinə həvəs yaradıb. Buna görə də mən bütün fənnləri sevmişəm. İxtisasımın texniki fənnlər olmağına baxmayaraq sosial və iqtisadi fənnlərə də maraq göstərmişəm. Təhsil aldığım müddətdə əlaçı olmuşam və o dövrün ən yüksək təqaüdünə - Lenin təqaüdünə layiq görülmüşəm.
- Tələbələrinizdən danışın. Onların gələcəklərini necə görürsünüz?
- Bir çox universitetlərdə müəllim işləmişəm və bu müddət ərzində çoxlu tələbələrim olub. Hazırda onlar ölkəmizdə və xaricdə işləyir və ya təhsillərini davam edirlər. Tələbələrimin uğurları məni çox sevindirir. BANM-in tələbələri ən yüksək nəticələrlə universitetə daxil olublar. Onlar peşəkar kadr kimi yetişməkləri üçün qarşılarında duran ciddi tələbləri və məsuliyyəti başa düşürlər. Tələbələrim bacarıqlıdır, öz ixtisasını yaxşı öyrənməyə, dərin biliklərə yiyələnməyə səy göstərir, dərsdən kənar konfranslarda, tədbirlərdə, müxtəlif layihələrdə iştirak edir, elmi-tədqiqat işləri ilə məşğul olurlar. Tələbələrimi gələcəkdə ixtisaslı mütəxəssis, xalqımıza xeyir verəcək layiqli bir vətəndaş kimi görürəm.
- Bakı Ali Neft Məktəbini 10 il sonra necə təsəvvür edirsiniz?
- BANM-i 10 il sonra geniş kampusda, daha böyük kollektivlə, yeni ixtisaslarla, yeni layihələrlə, yeni əməkdaşlıqlarla, yeni uğurlarla və əlbəttə daha çox yerli və xarici tələbələrlə görürəm. BANM həmişə olduğu kimi yüksək keyfiyyətli təhsil verməklə ali təhsil müəssisələri arasında liderliyini və nüfuzunu qoruyacaqdır.
- Boş vaxtlarınızda nə ilə məşğul olursunuz?
- Boş vaxtlarım az olur. Boş vaxtlarımda bilik və bacarıqlarımı artırmağa, ixtisasım sahəsində yenilikləri öyrənməyə və tətbiq etməyə çalışıram.
- Bakı Ali Neft Məktəbinin ilk məzunlarına nə arzu edərdiniz?
- BANM-in ilk məzunlarına gələcək işlərində və karyeralarında uğurlar arzulayıram. İnanıram ki, məzunlarımız BANM-in adını, onun dəyərlərini hər zaman layiqincə yaşadacaqlar. Gələcəkdə uğurlarından və vəzifələrindən asılı olmayaraq BANM-ın rolunu unutmayacaq və BANM-ın məzunu olmaqları ilə fəxr edəcəklər.

BANM-nin Mətbuat Xidməti