Nazir: Türkiyə Qətərə yardım etmir, məhsul ixrac edir

Nazir: Türkiyə Qətərə yardım etmir, məhsul ixrac edir Türkiyə Qətərə yardım deyil, 20 milyon dollar dəyərində məhsul ixrac edib.
Bunu Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi Tehranda Türk Ticarət Mərkəzinin açılışı zamanı deyib.
O qeyd edib: "Türkiyə yardım etmir. Pulunu aldığımız bir ixracat həyata keçiririk. Bu vaxta qədər təqribən 200 karqo təyyarəsi ilə bəlkə də dünyada ticari daşıma baxımından ən iri əməliyyatı reallaşdırdıq".
N.Zeybekçi Qətərin terrorçu ölkə olmadığını bildirib.

Təhsil-press.az

Oxşar xəbərlər