Azərbaycanın görkəmli zooloqu, parazitoloqu və protozooloqu, akademiki, baytarlıq elmlər doktoru, professor Musa Musayevin anadan olmasının 95 illiyi ilə əlaqədar anım mərasimi keçirilib.
AMEA Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov akademik M.Musayevin Azərbaycan elminin görkəmli xadimlərindən biri olduğunu qeyd edərək onun zoologiya elminin inkişafına verdiyi töhfələrdən danışıb.
Ə.Əmiraslanov alimin yaratdığı elmi məktəbin əhəmiyyətini xüsusi vurğulayaraq bu məktəbin davamçılarının bu gün də səmərəli elmi tədqiqatlar apardığını nəzərə çatdırıb.
AMEA Zoologiya İnstitutunun direktoru, fizika üzrə fəlsəfə doktoru, dosent Elman Yusifov “Akademik Musa Musayev həyat və yaradıcılığı haqqında” məruzə ilə çıxış edib.
E.Yusifov bildirib ki, M.Musayevin elmi fəaliyyəti Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutu ilə bağlı olub.
M.Musayevin instituta rəhbərlik etdiyi dövrlərdə bu elmi müəssisədə fəaliyyət göstərən 18 laboratoriyadan 12-si akademikin şəxsi təşəbbüsü və rəhbərliyi ilə yaradılmışdır. Onun fəaliyyəti nəticəsində Zoologiya İnstitutunun insektarisi və vivarisi olan yeni kompleks binası, okean və dənizlərdə işləyə bilən “Elm” elmi-tədqiqat gəmisi tikilmış, Mingəçevir şəhərində texniki avadanlıq və kiçik gəmi ilə təchiz olunan laboratoriya yaradılmış, Zooloji muzeyin, laboratoriyaların kolleksiya və kitab fondu zənginləşdirilmişdir.
E.Yusifov əlavə edib ki, M.Musayev respublikamızda ilk dəfə ibtidailərin öyrənilməsinə başlayan yeni, protozoologiya elmi məktəbi yaratmışdı.
Akademikin və onun tələbələrinin uzun illər apardıqları tədqiqatlar nəticəsində faunanın geniş bir qrupunu təşkil edən, sərbəst yaşayan, insanda vəhşi və ev heyvanlarda parazitlik edən ibtidailərin növ tərkibi, sistematikası, yayılması, həyat tsikli, parazit-sahib münasibətlərinin biokimyəvi xüsusiyyətləri və s. məsələlər geniş surətdə öyrənilmişdir.
E.Yusifov qeyd edib ki, M.Musayev Azərbaycanda leptospriozun ilk hərtəfəfli tədqiqatçısı kimi keçmiş SSRİ-də bu sahədə aparılan elmi işlərin planlaşdırılmasında birbaşa iştirak etmiş, bu sahədə kadrlar hazırlamış, elmi məqalələr və monoqrafiyalar yazmışdır. Onun “İri buynuzlu buynuzlu heyvanların leptospirozu” monoqrafiyası bu günədək leptosprioz haqqında mövcud olan məlumatların yeganə elmi umumiləşdiricisi olaraq baytar işçiləri üçün qiymətli vəsait sayılır.
Tədbirin sonunda M.Musayevə həsr edilmiş “Elmə həsr edilmiş ömür” filmi ictmaiyyətə təqdim edilib.

Hikmət Əliyev