Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Neft Kimya Prosesləri İnstitutunun (NKPİ) təşkilatçılığı ilə iyunun 29-da Əməkdar Elm Xadimi, akademik Bahadur Zeynalovun 100 illik yubileyinə həsr olunan “Neft-kimya sintezi və mürəkkəb kondensləşmiş sistemlərdə kataliz” mövzusunda ikigünlük beynəlxalq elmi-texniki konfrans öz işinə başlayıb.
Konfransın işində İngiltərə, Ukrayna, Belarus, Gürcüstan və Qazaxıstanın tanınmış alimləri iştirak edirlər.
NKPİ-nin direktoru, akademik Vaqif Abbasov görkəmli alimin elmi fəaliyyətindən bəhs edərək onun neft karbohidrogenlərinin maye fazada oksidləşməsi ilə sintetik neft turşuları (o cümlədən sintetik naften turşuları), onların törəmələri və digər qiymətli maddələrin alınması, eləcə də onların əsasında plastifikatorların yaradılması sahəsində xidmətlərindən danışıb.
Qeyd olunub ki, konfransın keçirilməsində əsas məqsəd dünya şöhrətli alimin neft kimyası elminin inkişafındakı rolunun bir daha işıqlandırılması, dünyada aparılan elmi tədqiqatların inteqrasiyası və müasir prioritetlərinin müəyyənləşdirilməsidir.
Sonra AMEA-nın müxbir üzvü Eldar Zeynalov unudulmaz alim B.Zeynalovun keçdiyi həyat yolu və elmi yaradıcılığı haqqında məruzə ilə çıxış edib.
Tədbirdə akademik B.Zeynalovun elmi fəaliyyətindən bəhs edən film nümayiş olunub.
Konfrans öz işini “Neft kimyası və neft emalı, “Üzvi kataliz”, “Polimer materiallar və kompozitlər” bölmələri üzrə davam etdirib.

Hikmət Əliyev