Noyabrın 2-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fəlsəfə İnstitutunun təşkilatçılığı ilə görkəmli filosof, AMEA-nın müxbir üzvü Zakir Məmmədovun anadan olmasının 80 illik yubileyinə həsr edilən “Müstəqil Azərbaycanın 25 illiyi və elmi-fəlsəfi irsimiz” mövzusunda elmi konfrans keçirilib.
Tehsil-press.az xəbər verir ki, tədbirdə AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi vəzifəsini icra edən, akademiyanın müxbir üzvü Nərgiz Axundova alimin yaradıcılığından, zəngin elmi irsindən, fəlsəfə elminin inkişafında xidmətlərindən danışıb. Qeyd olunub ki, Zakir Məmmədovun həyatı, fəaliyyəti və əsərləri haqqında onlarla məqalə yazılıb. Alimin elmi əsərləri orta əsr fəlsəfəsi və tarixini araşdıran tədqiqatçılar üçün çox dəyərlidir.
Sonra akademik Vasim Məmmədəliyevin “Zakir yaxın dost və görkəmli bir alim kimi” mövzusunda məruzəsi dinlənilib. Məruzədə bildirilib ki, Z.Məmmədov 40 ilə yaxın müddətdə elmi axtarışlar aparmaqla Azərbaycanın filosof və mütəfəkkirlərinin ərəb və fars dillərində dünyanın müxtəlif ölkələrində çap olunub əlyazması şəklində saxlanılan zəngin irsini üzə çıxarıb, onların fəlsəfəsini, məntiqini, ictimai-siyasi və etik görüşlərini işləyib hazırlayıb. Alim orta əsrlərdə müsəlman Şərqində, o cümlədən Azərbaycanda dini fəlsəfi təlimlərlə yanaşı, elmi-fəlsəfi təlimlərin də olduğunu sübuta yetirib və müəyyənləşdirib ki, həmin təlimlər Şərq peripatetizmindən, sufizmin panteist istiqamətindən və işraqilikdən ibarətdir.
Fəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədzadə “Görkəmli filosof - Zakir Məmmədov” adlı məruzəsində bildirib ki, tarixən görkəmli Azərbaycan filosoflarının təlimləri fəlsəfi məktəbə çevrilməklə əsrlər boyu alimlər üçün örnək olub. Onların ideyaları sonralar Şərq aləmi ilə məhdudlaşmayıb, Avropa ölkələrinə də yayılıb. Azərbaycanın görkəmli filosof alimi Z.Məmmədov dünya fəlsəfi tarixinin orta əsrlərində Şərq və Azərbaycan filosoflarının elmi-fəlsəfi dünyagörüşlərinin geniş olduğunu göstərə bilib.
Tədbirdə akademik Rafael Hüseynov “Orta əsrlərdə fəlsəfə tariximizin ilk salnaməsi” mövzusunda məruzə ilə çıxış edib . Bildirilib ki, alimin bütün tədqiqatları ilk mənbələr əsasında aparılıb, buna görə həmin əsərlərin Azərbaycana gətirilməsi üçün böyük əmək sərf edib. Belə ki, onun tədqiqatlarına qədər Bəhmənyarın “Metafizikanın mövzusu” və “Mövcudatın mərtəbələri” adlı kiçik həcmli iki əsəri məlum idi. Tədqiqatçı filosofun genişhəcmli “Təhsil” əsərinin varlığını aşkara çıxarıb. Alimin əlaqədar təşkilatlara çoxlu sayda müraciətləri hesabına həmin əsər Azərbaycana gətirilib. Z.Məmmədov “Təhsil” əsərini ilk dəfə tam halda tədqiqata cəlb edib. Bəhmənyarın “Metafizikanın mövzusu”, “Mövcudatın mərtəbələri” əsərləri ilə yanaşı, “Təhsil” kitabı da alim tərəfindən tam şəkildə Azərbaycan dilinə tərcümə edilib.
Konfransda digər çıxış edənlər də görkəmli alimin Azərbaycan elminə verdiyi böyük töhfələrdən, həyat və yaradıcılığından danışıblar.
Sonra Z.Məmmədovun qızı Aytən Məmmədova atası ilə bağlı xatirələrini bölüşüb, onun xeyirxah insan, qayğıkeş və mehriban ailə başçısı olduğunu söyləyib. O, atasının xatirəsinə göstərilən yüksək hörmət və ehtirama görə ailə üzvləri adından tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.
Tehsil-press.az