Ölkəmizdə körpələrə ən çox qoyulan 4 səhv diaqnoz - kəllədaxili təzyiq, timus, hipoksiya (oksigen çatışmazlığı), əsəbdir.
Bunu uzman pediatr Altay Abdullayev Təhsil-press.az-a müsahibəsində bildirib. A.Abdullayev qeyd edib ki, ölkəmizdə bu xəstəliklərlə əlaqədar kurs müalicələr alan kifayət qədər körpə uşaq var.
“Azərbaycanda olduğum müddətdə mənə bu diaqnozla müraciət edən xəstələrin 99 faizinin tamamilə sağlam olduğunu müşahidə etmişəm. Çox vaxt körpələrdə olan bəzi normal əlamətlər xəstəlik kimi qəbul edilir və buna uyğun olaraq kurs müalicələrə başlanılır. Bu əlamətlərdən ən çox rast gəldiklərimiz körpələrin ağız ətrafında müşahidə olunan göyərmələr, ağlayanda çənənin əsməsi, gecələr səbəbsiz şəkildə ağlamalar, dilin bayıra çıxarılmasıdır. Bildirmək istəyirəm ki, bu əlamətlər xəstəlik əlaməti deyil və körpələrdə rast gəlinən normal, fizioloji haldır. Əgər körpənin müayinəsində digər əlamətlər görünməzsə, bu əlamətlər müstəqil surətdə hər hansı xəstəliyin əlaməti hesab olunmur və tamamilə normal haldır. Bu əlamətlər müəyyən müddət sonra keçib gedəcək. Ona görə hər kəsə tövsiyəm uşaqlarına qarşı daha diqqətli olmaları və körpələri yersiz kurs müalicələrə məruz qoymamaqlarıdır”, - deyə pediatr diqqətə çatdırıb.
Təhsil-press.az