Aytənlə Elvinə niyə ev verilməyib? - Açıqlama

Aytənlə Elvinə niyə ev verilməyib? - Açıqlama Dünəndən jurnalistlər üçün tikilən 2-ci binada mənzil sahibi olan yüzlərlə qələm sahibi sosial şəbəkələrdə sevincini paylaşaraq ölkə başçısı İlham Əliyevə təşəkkür edib.
Ev alan 255 jurnalistin tam siyahısı açıqlanmasa da, bir sıra saytlar mükafatlandırılan əməkdaşlarınının adlarını açıqlayıb.
Eyni zamanda, ev ala bilməyən jurnalistlər də fikirlərini bölüşüblər.
Onlardan bəziləri həmkarlarının mükafatlandırılmasına sevinsələr də, bir neçəsi narazılıq edərək bəyanatla çıxış edib. Həmin jurnalistlərdən biri “Space TV”nin əməkdaşı Elvin Basqallı, digər isə ATV-nin əməkdaşı Aytən Səfərovadır.
KİV əməkdaşlarına mənzillərin verilməsi ilə bağlı yaradılmış komissiyadan verilən məlumata görə, hər iki jurnalistin müraciəti araşdırılıb və məlum olub ki, E.Basqallının təcrübəsi 7 il olduğu üçün kriteriyalara uyğun gəlməyib, A.Səfərovanın isə mənzil şəraitinin yaxşı olduğu, sosial durumunda isə problem olmadığı aşkarlanıb:
"Bu səbəbdən hər iki jurnalistə müsbət cavab verilməyib”, - deyə komissiyadan bildirilib.

Təhsil-press.az

Oxşar xəbərlər