Putin sözünün üstündə durdu - 755 amerikalı Rusiyanı tərk edəcək

Putin sözünün üstündə durdu - 755 amerikalı Rusiyanı tərk edəcək Xəbər verdiyimiz kimi, ABŞ Rusiyaya sanksiyalar tətbiq etdikdən sonra, Rusiya da adekvat addım atacağı barədə xəbərdarlıq etmişdi.
Xəbərdarlıqda ABŞ-dakı rus diplomatların sayı qədər Rusiyada səfirlik və konsulluqların 455 əməkdaşının saxlanılacağı bildirilmişdi.
Bu gün Rusiya prezidenti Vladimir Putin həmin xəbərdarlığı rəsmi olaraq icra edib. Belə ki, ABŞ-ın Rusiyadakı 755 diplomatik missiyasının ölkəni tərk etməsi barədə qərar verilib.
Xatırladaq ki, ABŞ Konqresinin Nümayəndələr Palatası və Senatı Rusiya ilə yanaşı İran və Şimali Koreyaya da yeni sanksiyalar haqqında qanun qəbul edib.

Təhsil-press.az

Oxşar xəbərlər