Radioaktiv tullantılar üçün yer qalmayıb - SOS

Radioaktiv tullantılar üçün yer qalmayıb - SOS Çernobıl Atom Elektrik Stansiyasında radioaktiv tullantıların saxlanılması üçün yer çatmır.
Təhsil-press.az UNİAN agentliyinə istinadən xəbər verir ki, bu haqda Özgəninkiləşdirmə zonanın idarə edilməsi üzrə Ukraynanın Dövlət Agentliyinin mətbuat xidməti bildirib.
Bildirilir ki, hazırda Atom Elektrik Stansiyasında təxminən 20 min kubmetr maye radioaktiv tullantı toplanıb. Bu, iki mövcud anbarın tutumudur.
Mütəxəssislərin ilkin hesablamalarına görə, onların emalına təxminən 29 il lazımdır.
Daha əvvəl verilən xəbərə görə, Ukrayna hökuməti Çernobıl Atom Elektrik Stansiyasını cazibədar investisiya layihəsinə çevirməyə hazırlaşır.

Radioaktiv tullantılar üçün yer qalmayıb - SOS

Təhsil-press.az

Oxşar xəbərlər