Yevlaxda silahlı insident - 4 nəfər həbs olundu

Yevlaxda silahlı insident - 4 nəfər həbs olundu Yevlax rayonunun Havarlı kənd sakini Bəkir Bəkirovun güllə yarası (qırma) ilə Mingəçevir şəhər Xəstəxanasına gətirilməsi barədə Yevlax Rayon Polis Şöbəsinə məlumat daxil olub.
DİN-in mətbuat xidmətinin yaydığı məlumata görə, dərhal Yevlax RPŞ-nin əməliyyat qrupu xəstəxanaya yollanıb.
Lakin B.Bəkirov polis əməkdaşlarına hadisənin hansı zəmində və kim tərəfindən törədilməsi barədə nədənsə həqiqətə uyğun olmayan məlumatlar verib, tanımadığı şəxslər tərəfindən vurulduğunu bildirib.
Həyata keçirilən təxirəsalınmaz əməliyyat tədbirləri ilə B.Bəkirovun rayon ərazisindəki təsərrüfatların birindən oğurluq etməyə cəhd göstərən zaman odlu silahdan açılan atəş nəticəsində yaralandığı məlum olub.
Müəyyən edilib ki, B.Bəkirovun Hacıselli kəndinin ərazisində Abbas İsmayılova və qardaşı Röyala məxsus pay torpaq sahəsində tərəvəz məhsullarının yetişdirildiyi yerdə kultivasiya yolu ilə narkotik tərkibli bitkilər əkib-becərdikləri barədə məlumatı olub. Həmin gün saat 2 radələrində həmkəndliləri, əvvəllər məhkum olunmuş Savalan Qasımov və Əhməd Mahmudzadə ilə birgə həmin təsərrüfatdan 20 ədəd çətənə kolunu oğurlayıb aparmaq istəyərkən Abbas İsmayılov ov tüfəngindən atəş açaraq Bəkir Bəkirovu yaralayıb.
İstintaq-əməliyyat qrupu tərəfindən hadisə yerinə baxış keçirilib, oradan B.Bəkirova məxsus “İJ” markalı tüfəng aşkar edilərək götürülüb.
Təxirəsalınmaz tədbirlərlə S.Qasımov, Ə.Mahmudzadə, A.İsmayılov və Röyalın yerləri müəyyən edilib, onlar şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib.
A.İsmayılovdan “TOZ-16” markalı tüfəng götürülüb.
Faktla əlaqədar cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri aparılır.

Təhsil-press.az

Oxşar xəbərlər