Həmkəndliləri gənc oğlanı bıçaqladı

Həmkəndliləri gənc oğlanı bıçaqladı Salyanda 25 yaşlı gənc bir neçə nəfər tərəfindən bıçaqlanıb.

Təhsil-press.az-ın məlumatına görə, hadisə Salyan rayonunun Pambıqkənd kəndində qeydə alınıb.
Həmin kəndin sakini, 1992-ci il təvəllüdlü Paniyev Eşqin İsmixan oğlu döş qəfəsindən və bədəninin digər nahiyələrindən 3 bıçaq yarası alıb. E.Paniyev Şirvan şəhər Xəstəxanasına döş qəfəsinin daxilə nüfuz edən kəsilmiş-deşilmiş yarası diaqnozu ilə daxil olub və əməliyyat olunub. Reanimasiya şöbəsinə yerləşdirlən gəncin vəziyyətini həkimlər orta-ağır qiymətləndirir.
Qeyd edilir ki, hadisə E.Paniyevin həmkəndliləri tərəfindən törədilib. Həmin şəxslərin polis tərəfindən saxlanıldığı bildirilir. Faktla bağlı Salyan rayon Polis Şöbəsində cinayət işi açılb, araşdırma aparılır.

Təhsil-press.az

Oxşar xəbərlər