İraq parlamenti referendum təşkilatçılarının cinayət təqibini təsdiqləyib

İraq parlamenti referendum təşkilatçılarının cinayət təqibini təsdiqləyib İraq parlamenti kürd muxtariyyətində müstəqilliklə bağlı keçirilmiş referendumun təşkilatçıları barəsində cinayət təqibi ilə bağlı məsələni təsdiqləyib.
Deputatların bəyanatında bildirilir ki, parlamentin Nümayəndələr Şurası Hökumət yanında Milli Təhlükəsizlik Şurasının bununla bağlı qəbul etdiyi qərarı təsdiqləyib.
Qərara əsasən referendumda iştirak etməyən məmurlar öz vəzifələrində qalacaqlar.
Qeyd edək ki, sentyabrın 25-də İraqın şimalındakı kürd muxtariyyətində müstəqilliklə bağlı referendum keçirilib. Referendumun bu gün açıqlanan yekun nəticələrinə görə səsvermədə iştirak edənlərin 92,73% müstəqilliyə "hə" deyib.

Təhsil-press.az

Oxşar xəbərlər