Müsəlman ölkəsindən amerikalılara QADAĞA

Müsəlman ölkəsindən amerikalılara QADAĞA İraq parlamenti ABŞ vətəndaşlarına ölkəyə girişi qəti qadağan edən qanun layihəsini qəbul edib. Yasaq 90 gün müddətinə qəbul olunub.

Tehsil-press.az bildirir ki, "ABŞ-ın qəbul etdiyi qanuna cavab tədbiri" adlanan qanunun lehinə iraqlı deputatların əksəriyyəti səs verib. Qanun İraq hökumətinə təqdim olunub. Sənədin İraqdakı amerikalı hərbçilərə, qeyri-hökumət və humanitar təşkilatların mənsublarına, neft şirkətlərinin işçilərinə, habelə İraqa işgüzar məqsədlərlə yollanan ABŞ vətəndaşlarına şamil edilib-edilməyəcəyi bəlli deyil.

Tehsil-press.az

Oxşar xəbərlər