Türkiyə prezidentinə parlamenti buraxmaq səlahiyyəti veriləcək

Türkiyə prezidentinə parlamenti buraxmaq səlahiyyəti veriləcək Türkiyədə yeni konstitusiyada prezidentə parlamenti buraxmaq səlahiyyəti veriləcək.

Tehsil-press.az-ın məlumatına görə, hükumət tərəfindən konstitusiyaya təklif edilən bu maddə parlamentin komissiyasında qəbul edilərək referenduma çıxarılacaq maddələr sırasına əlavə edilib.
Qeyd edək ki, Türkiyədə hökumət müxalifət partiyası MHP-nin dəstəyi ilə ölkədə konstitusiya dəyişikliyi ilə bağlı referendum keçirməyi planlayır. Referendumun bu ilin yayına təsadüf edəcəyi gözlənilir.

Tehsil-press.az

Oxşar xəbərlər