Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Gənc bankir məktəbi – 3” layihəsinə başlanılıb.
Layihənin ilk mərhələsində komanda üzvlərinə “Azər Türk Bank” ASC tərəfindən bank sektoruna aid mövzularda təlimlər keçiriləcək. İkinci mərhələdə isə komandalar püşkatma yolu ilə seçdikləri ölkənin bank sistemi haqqında araşdırma aparmaqla elmi-tədqiqat işi hazırlayacaq. Yarımfinal mərhələsində komandalar araşdırdığı mövzu və tədqiqat işlərini münsiflər heyətinə təqdim edəcək. Finalda qalib olan komandanın iştirakçıları “Azər Türk Bank” ASC-də təcrübə proqramına qatılacaqlar. Qaliblər diplomla mükafatlandılacaqlar.
SUES İctimai Birliyinin təşkilatçılığı, “Azər Türk Bank” ASC-nin tərəfdaşlığı, “Reduco” Tədris Mərkəzinin maliyyə dəstəyi ilə reallaşdırılan layihədə iştirak etmək istəyənlər https://goo.gl/mSJ84z linkinə daxil olmaqla komanda kimi qeydiyyatdan keçə bilərlər. Qeydiyyat oktyabrın 30-dək davam edəcək.

UNEC-in Mətbuat xidməti